kanal1

Qarabağın azadlığından əldə edəcəyimiz İQTİSADİ QAZANC... - Ekspert danışır...

Tarix:17-01-2024, 15:07
Baxış Sayı:2


"Məlumdur ki, 2020-ci ildəki 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə dərhal başlanılan yüksək səviyyəli yenidənqurma və bərpa işləri bütün miqyası ilə davam edir. Bu işlərin aparılmasına, vacib infrastruktur layihələrinin həyata keçirilməsinə dövlət büdcəsindən milyardlarla manat vəsait xərclənib və xərclənir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq dədə-baba yurdlarına – Laçın və Füzuli şəhərlərinə, o cümlədən üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur".
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov danışıb. İqtisadçı bildirib ki, ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 11,2 milyard manatdan çox vəsait ayrılıb. Keçən il azad edilmiş rayon və şəhərlərdə bir sıra iri infrastruktur obyektlər istifadəyə verilib. Artıq Laçın rayonuna və rayonun Zabux kəndinə, Tərtər rayonun Talış kəndinə, Füzuli şəhərinə doğma sakinlərin qovuşması, eləcə də Zəngilana 2022-ci ildə başlanmış geridönüşün növbəti mərhələsi baş tutub.

“Cari il ərzində məcburi köçkünlərin qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bütün bunları öz daxili imkanlarımız hesabına həyata keçirilir, yəni heç bir donor təşkilatı, digər tərəfin və sairənin köməyindən istifadə edilmir. Yalnız, Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı qardaş dəstəyi göstərilib ki, bütün qalan layihələr daxili imkanlar hesabına reallaşdırılır”-deyə o əlavə edib.

İqtisadçı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinə 2024-cü ildə 3825,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2023-cü ilin təsdiq edilmiş göstəricisindən 975,0 milyon manat və ya 20,3% azdır. İlin ortasında bu vəsaitə yenidən baxılma ehtimalı var.

“Bütün bunlar işğaldan azad olunan ərazilərimizin mövcud iqtisadi potensialından - saneyə imkanları, istehsal imkanları, kənd təsərrüfatı məhsulları istehsalı imkanları, turizim üçün mövcud olan imkanlar və s. bunlardan istifadəyə nail olmaq və ümumən daxili məhsul istehsalında əhəmiyyətli dərəcədə ilərləyiş əldə etməkdir.

Əvvəlcədən qeyd edildiyi kimi işğaldan azad olunan ərazilərin mövcud potensialı ölkə iqtisadiyyatına əlavə 40-45 faiz güc qatmaq imkanı yaradır. Bu da böyük bir gücdür, böyük bir potensialdır. Tikinti materialı istehsalı, kənd təsərrüfatı istehsalı,saneyə və s. bu sahələrdə bilvasitə dövlətin, hökümətin qarşıya qoyduğu vəzifə qeyri-qaz, qeyri-neft sektorunu inkişaf etdirmək, o hədəfə, o məqsədə bilavasitə birbaşa olaraq xidmət edir”-deyə iqtisadçı bildirib.

Ali Məhkəmənin hakimi intihar etdi
Ali Məhkəmənin hakimi intihar etdi
Prezident onları təltif etdi - Siyahı
Prezident onları təltif etdi - Siyahı
“Qayıdış”ımız Ermənistanda xof yaratdı – “Nizə”lər qabağa
“Qayıdış”ımız Ermənistanda xof yaratdı – “Nizə”lər qabağa
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
Astara "49 N-li Yol İstismarı"MMC-nin direktoru Qurban Əli oğlu Əliyev öz işinin peşəkarı kimi tanınıb
Astara "49 N-li Yol İstismarı"MMC-nin direktoru Qurban Əli oğlu Əliyev öz işinin peşəkarı kimi tanınıb
Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı
Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR