kanal1

Abid Şərifovun şirkəti gömrük qaydalarını pozub – “Evrascon” 1500 manat cərimələnə bilər

Tarix:20-09-2023, 21:13
Baxış Sayı:10

Abid Şərifovun şirkəti gömrük qaydalarını pozub – “Evrascon” 1500 manat cərimələnə bilər

“Avro-Asiya İnşaat Korpoasiyası” “Evrascon” Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub.

Qaynarinfo xəbər verir ki, şirkət İnizbati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur.

İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Rauf Daşdəmirov iş üzrə hakim təyin edilib.

485.2-ci maddədə vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. “Evrascon” ASC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır.

Araşdırma materiallarında qeyd olunur ki, Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir.

Abid Şərifov 1995-2018-ci illərdə baş nazirin müavini vəzifəsində çalışıb.

Qaynarinfo

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva

"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi

Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir

Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR

Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı

Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO

“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?

“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı