kanal1

Cahangir Əsgərov "təktərəfli uçuş" etdi... - "Oliqarxiya"dan sonra vətəndaşı və AZAL-ı nə gözləyir?!

Tarix:4-09-2023, 19:42
Baxış Sayı:104

Cahangir Əsgərov "təktərəfli uçuş" etdi... - "Oliqarxiya"dan sonra vətəndaşı və AZAL-ı nə gözləyir?!


Belə bir əhvalat olub: Sovet dövründə bir fakültədə məzun diploma ip bağlayıb, universitetin dəhlizlərindən sürümüşdü. "5 il mən bu diplomun dalınca sürünmüşəm, indi heç olmasa 5 dəqiqə də o, mənim dalımca sürünsün".
Cahangir Əsgərovdan danışacam. Ötən həftənin sonlarına qədər "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti idi. İstefaya göndərildi.

Diplomu sürüyən o məzunu səbəbsiz xatırlamadım. Diplom onu öz arxasınca 5 il süründürmüşdü. Cahangir Əsgərov isə AZAL-ı öz dalınca 15 il sürüdü. O əsnada normal qiymətə səyahət xəyalı quranları 15 il süründürdü. Ona görədir ki, istər "vəzifə sağlığında", istərsə də, vəzifəsinin... yoxluğunda əli qələm tutan hər kəs onu hər zaman yıxdı-sürüdü. Hələ də mediada və sosial şəbəkələrdə sürüyürlər o bığlı-bığsız oliqarxı.

Ancaq... Quru sərhəddi bağlı olan ölkənin gözüyaşlı vətəndaşları "aviaCahangir"in vəzifədən təktərəfli "uçuşuna" bilmir sevinsin, yoxsa... Niyə "yoxsa"?!

Çünki bu gün Cahangir yoxsa, əvəzində başqa Cahangir var. Yəni varsa! Çünki bizim ölkədə bir məmur vəzifəyə gələndə çox keçmədən gedənin dünyadan gedənlərinə rəhmət oxutdurur. Təzə gələn çıxıb gedən (çıxarılıb gedən) məmurdan daha betər olur. Sanki adam təzədir, amma bir baxırsan, köhnədən də çox köhnəlmiş olur. Fikirləşirsən, fikirləşirsən: bu cür fiziki cavan adamlar ruhən "qocalmağa" nə zaman zaman tapa bildilər?! Zahirən belə təzə olan daxilən nə tez köhnəldi. Görünüşü ümid verir, əvvəlkindən fərqlənməyən təfəkkürü məyus edir - qurduğun xəyalları qırıb tökür.

AZAL-a yeni gələn kim olacaq?! Necə olacaq?! AZAL-da korrupsiya azalacaqmı?! Çoxalacaqmı?! Qiymətlər enəcəkmi?! Yoxsa havalara uçacaq?! Bilmirik. Hamımız əlimizi ürəyimizə sıxıb səksəkə içində gözləyirik. Gedənə rəhmət qazandıracaq, yoxsa özünə rəğbət qazanacaq?! Bir şey dəqiqdir: qazanmağa gəlir. Rəğbəti bilmirəm, sərvət qazanmağa...

Yeri gəlmişkən, Naxçıvandan ara-sıra xəbərlər gəlir: rəhmət nidaları! Deyirsən, yəni bu qədər?! Doğrudanmı, Vasif Talıbova da "rəhmət oxutdurmaq" mümkün olarmış?!

Seyid Əhmədli, Bizimyol.info

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR