kanal1

Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR

Tarix:22-02-2025, 13:13
Baxış Sayı:0


Son illər Bakıda torpaq sahələrinin kəskin azalması bəzi işbazların əl qolunu bağlayıb. Amma məmurlar “ölümə də çarə var” prismasından yanaşaraq, boş ərazilər taparaq qanunsuz tikintilərə rəvac verirlər. Bakıda bu gün ən çox qanunsuz və tikinti normaları nəzərə alınmadan tikintilər Yasamal rayonunda yerləşir desək yanılmarıq. Təkcə Şərifzadə küçəsi boyunca beş mərtəbəli binaların altında mağazaların artırmalarla tikilməsi, binaların aralığında iaşə obyektlərinin inşası bunu deməyə əsas verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qanunsuz formada tikilən obyekt odur ki, ya torpağın sənədi yoxdur, ya tikilməsi üçün vacib qurumdan icazə alınmayıb və yaxud hansısa torpaq sahəsi zəbt olunub, onun üzərində tikinti işləri aparılır. Əlbəttə ki, belə olan halda müvafiq qurumlar tərəfindən həmin qanunsuz tikintilərlə bağlı tədbirlər görülür. Ya söküntüsü, ya da tikintinin dayandırılması həyata keçirilir. Bundan əlavə, inzibati tədbirlər görülür.
Vətəninfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə Yasamalda son 10 il ərzində inşa edilən bütün obyektlər qanunsuzdur. Çünki Oyun meydançalarında, avtomobil dayanacaqlarında belə iki, üçmərtəbəli obyektlər inşa edilib. Bu günlərdə təsadüfən qarşımıza Yasamal rayonu Müzəffər Həsənov küçəsi ərazisində həyata keçrilən tikintini gördük.

Apardığımız araşdırma zamanı bəlli oldu ki, sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının heç birindən lazımi icazəverici sənədləri alınmayıb, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmayıb. Dəmir konstruksiyalardan istifadə etməklə tikintinin ərazisi genişləndirilir. Aydın məsələdir ki, respublikamızda aparılan tikintilərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Rayon İcra Hakimiyyəti və onun aidiyyatı qurumları və.s nəzarət edir.
Belə olan halda qarşıya müəyyən suallar çıxır. Necə ola bilər ki Yasamal kimi bir rayonda qanunsuz tikinti işləri aparılır, amma yuxarıda adları sadalanan təşkilatların heç birinin xəbəri olmur? Ən əsası isə icra başçısının kabinetindən belə görünən bu obyekti nədənsə görmürlər. Yasamal rayonununda bu gün bir metr yer tapmaq mümkün deyil. Səbəb aydındır. Cəmi iki il öncəyə qədər Şərifzadə küçəsində binaların qarşısı böyük parkı xatırladırdı. Amma bu gün, bu yerlər bir gecənin içində kimlər tərəfindənsə tikinti normatvləri pozulmaqla obyektlər inşa edilir. Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov cəmi otağından 100-200 metr kənarda aparılan tikintiləri ya görmür, ya da görmək istəmir. (Yenixeber.org)
Mövzuya qayıdacayıq.

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL