kanal1

Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO

Tarix:22-02-2025, 16:42
Baxış Sayı:221


Bloqumuzun poçtuna daxil olan Şəhid, və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızının ölkə rəhbərinə şikayət məktubunun nöqtə və vergülünə əl dəymədən oxucularmıza təqdim edirik:
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
Tovuz rayonu, Vahidli kənd sakini, Şəhid, və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı təfindən
Müraciət.
Hörmətli cənab prezident!
Məlumunuz edirəm ki, mənim bir oğlum Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş, digər oğlum düz yeddi il cəbhənin ən qaynar nöqtələrində könüllü olaraq döyüşmüşdür və sağlamlığını tamamilə itirmişdir. Üçüncü oğlum isə zabit kimi hərbi xidmət zamanı sağlamlığını itirmişdir.
Nəzərinizə çatdırıram ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin keçmiş rəhbərliyi oğlum Həsənov Naməddin Tofiq oğlunu qanunsuz olaraq işdən azad etməklə Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarını kobud şəkildə pozublar. Dəfələrlə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədova, Aqrar Xidmətlər Agentliyinin yeni sədri Sərdar Hacıyevə etdiyim çoxsaylı müraciətlərim də təəssüf ki, nəticəsiz qalıb.Açığını deyim ki, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin mənə ünvanladığı məktubda açıq-aşkar onun Şəhid və qazi ailələrinə olan nifrəti özünü aşkar surətdə biruzə verməkdədir. Əvvəllər Mədəniyyət Nazirliyində böyük cinayətlərə yol verən Azad Cəfərli indi də bu nazirliyin Aparat rəhbərliyində öz əməllərini davam etdirməkdədir və həmin cavab məktubunu da müraciətimə əlavə edirəm.
Onu da qeyd edim ki, ölkə rəhbəri cənab İlham Əliyevə etdiyim müraciət bu cənabları qəzəbləndirib və bildirirlər ki, axı ölkə prezidentinə niyə müraciət etmisiniz. Bu məmurlar özlərini ağa hesab edirlər, bunların qanunsuz hərəkətlərindən heç kimə şikayət etmək olmaz, bunlar öz cinayət əməllərini davam etdirməkdə israrlıdırlar.
Cənab prezident!
Mənim 6 nəfər ailə üzvündən ibarət olan oğlum və onun həyat yoldaşı işsizdir, onların 3 azyaşlı uşaqları artıq 4 ildir ki, ac yaşayırlar, heç bir gəliri olmayan ailə artıq ölümə məhkumdur.
Onu da əlavə edirəm ki, vaxtilə oğlumdan 25000 manat rüşvət tələb edən Rəşad Vahabzadənin həmyerliləri və havadarları olan Aparat rəhbəri Azad Cəfərli və Kadr şöbəsinin müdiri İlham Süleymanov bizim müraciətlərimizin Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədova çatdırılmasına imkan vermir, oğlumun işlə təmin olunmasına hər vasitə ilə əngəl törədirlər. Hal-hazırda bu sahədə boş iş yeri olmasına baxmayaraq oğlumu işlə təmin etmirlər. Oğlum təcrübəli və savadlı mütəxəssis olmaqla dəfələrlə nazirlikdə dərs keçib. Elmdən və qanundan xəbəri olmayan İlham Süleymanov və Azad Cəfərli isə öz maxinasiyaları ilə baş qatmaqla məşğuldurlar.
Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır. Dəfələrlə ölkə vətəndaşlığından imtina etsək də, imtinamıza bəzi qüvvələr mane olur.
Artıq son dəfə Sizdən kömək istəyirəm.
Siz hər bir vətəndaşın qarantısınız və qanunu pozan bu cinayətkar ünsürlər öz cəzalarına təcili çatmalıdırlar.
İlham Süleymanov, Azad Cəfərli kimi harınların at oynatdıqları ölkədə yaşamaq mümkün deyil və bunun acı nəticələri özünü lap tezliklə biruzə verəcəkdir.
Cənab ölkə başçısı! Mən və oğlumun ailəsi ölkə vətəndaşlığından son dəfə imtina edirik. Xahiş edirəm imtinamızı qəbul edəsiniz, çünki 3 azyaşlı körpənin ac-yalavac yaşaması mümkün deyil.
Həsənova Ceyran Məhəmməd qızı
Şəhid və Qarabağ veteranı anası.
Şikayətçinin göndərdiyi Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin cavab məktubunuda şikayətə əlavə edirik!(Teref)

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL