kanal1

“Aldığımız maaşın hamısını bazarda xərcləyirik” - Qiymət artımı

Tarix:2-09-2023, 09:14
Baxış Sayı:9

“Aldığımız maaşın hamısını bazarda xərcləyirik” - Qiymət artımı


Azərbaycan hökuməti 2023 il üçün nəzərdə tutduğu inflyasiya proqnozunu artırıb. Belə ki, ilin əvvəlində orta iliik inflyasiya proqnozu 6,9 % nəzərdə tutulurdusa, bu rəqəm artaraq 10,4 % səviyyəsinə qaldırılıb. Bu hesablama bütün istehlak məhsullarını əhatə edir. Bəs əhalinin əsas xərclərini təşkil edən qida məhsullarında qiymət artımı nə qədərdir?

İqtisadçı Fərid Mehralızadə deyir ki, rəsmi rəqəmlərə görə son 20 aydır inflyasiya ikirəqəmli həddədir. Bu, qiymət artımının kəskin olduğunun göstəricisidir.

Qiymət artımında yüksək pay ərzaq məhsullarının üzərinə düşür. İqtisadçı qida məhsullarında 40%-ə qədər bahalaşma olduğunu deyir. Bazarda isə bahalaşma alıcılarla satıcıları üz-üzə qoyub. Hər iki tərəf qiymət artımından əziyyət çəkir. Marketlərin qiymətlərindən narazı olan müştərilər alış-veriş üçün bazar-bazar gəzməli olurlar.

İqtisadçı Fərid Mehralızadə hesab edir ki, qiymət artımının səbəblərindən biri Azərbaycanın idxaldan asılı bir ölkə olmasıdır. Digər tərəfdən, Dünya Ticarət Təşkilatının hesabatına görə, Azərbaycan regionda ən yüksək orta gömrük tarifinə malikdir.

Baş nazir Əli Əsədov iyulun 17-də inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup yaradılması ilə bağlı sərəncam imzalayıb. İşçi qrupunun məqsədi ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirməkdir. //meydanTV//

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR