kanal1

Ekspert: Komendant rejiminin sərtləşdirilməsi ondan xəbər verir ki, Ermənistanda döyüşmək istəməyənlərin sayı artır

Tarix:9-10-2020, 15:11
Baxış Sayı:38

Ekspert: Komendant rejiminin sərtləşdirilməsi ondan xəbər verir ki, Ermənistanda döyüşmək istəməyənlərin sayı artır
Ermənistanda komendant rejimi qaydalarının sərtləşdirilməsi ondan xəbər verir ki, burada döyüşmək istəməyən insanların sayı artır, onların döyüş bölgələrini və Ermənistanı tərk etmək niyyətləri var.

Bunu Trend-ə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov deyib.

Onun sözlərinə görə, bu səbəbdən Ermənistan komendant rejiminin qaydalarının sərtləşdirilməsi haqqında qərar verib:

“Azərbaycanın uğurlu hərbi əməliyyatları ermənilər arasında ruh düşkünlüyü yaradıb. Ermənistanda döyüşmək istəyənlər yoxdur. Onlarda 1980-1990-cı illərdəki əhval-ruhiyyə yoxdur. Məlumdur ki, ermənilərin günləri harada yaxşı keçirsə, onlar oranı da özləri üçün Vətən hesab edirlər. Onlar indi nəinki Dağlıq Qarabağda döyüşmək, Ermənistanda yaşamaq istəyirlər, hətta Ermənistan ərazilərini tərk edərək buradan çıxıb getmək istəyirlər, çünki bu ölkənin perspektivini görmürlər. Buna görə də Ermənistan indi döyüşmək üçün adam tapa bilmir, döyüşmək üçün gətirdikləri muzdlular da yəqin ki, artıq tükənir. Ona görə də Ermənistan məcburdur ki, sərt tədbirlər görsün”.

Ş.Bağırov qeyd edib ki, Ermənistanın yalanları ifşa olunduğu üçün insanlarda hakimiyyətə qarşı inamsızlıq yaranıb. Komendant rejiminin sərtləşdirilməsi həm də Ermənistanda vətəndaşların hazırkı hakimiyyətə qarşı yaranan inamsızlığının nəticəsidir.

Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı