kanal1

Milli Onkologiya Mərkəzinin kollektivi cəbhə bölgəsinə yardım aparıb

Tarix:8-10-2020, 15:12
Baxış Sayı:46

Milli Onkologiya Mərkəzinin kollektivi cəbhə bölgəsinə yardım aparıb
Milli Onkologiya Mərkəzinin əməkdaşları Ağcabədi rayonunda yaşayan sakinlərə yardım aparıb.

Bu barədə Oxu.Az-ın əməkdaşı ilə həmsöhbət zamanı Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli məlumat verib.

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-dən etibarən başlayan təxribatları ilə əlaqədar Milli Onkologiya Mərkəzinin kollektivi cəbhə bölgəsində yaşayan sakinlərə əllərindən gələn dəstəyi verməyə davam edir:

“Cəbhə bölgəsində olan sakinlərə, xüsusilə azyaşlı uşaqlar və qadınlar üçün xeyli miqdarda qalın paltar dəstləri, eləcə də gündəlik istifadə olunan 13 çeşiddə zəruri qida məhsulları göndərilib. Yardımlar mütəmadi olaraq davam etdiriləcək. Bundan başqa Saracalı Hərbi Hospitalına yaralılar üçün cərrahiyyə zamanı lazım olan zəruri tibbi avadanlıqlar bağışlanıb. Bir ədəd elektrik bıçağı və sorucu alət hədiyyə edilib.

Eyni zamanda sentyabr ayının 28-dən etibarən Milli Onkologiya Mərkəzinin ümumilikdə səkkiz nəfərdən ibarət olan aparıcı cərrahları və anestezioloqları hazırda Saracalı Hərbi Hospitalında yaralılara tibbi yardım göstərirlər. Mərkəzin əməkdaşlarının istər maddi, istər tibbi yardımları davamlı olacaq”.

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı