kanal1

Deputat Ordudadkı nizam-intizamdan DANIŞDI: - “Hamının əlinə silah verilmir”

Tarix:6-10-2020, 10:52
Baxış Sayı:25

Deputat Ordudadkı nizam-intizamdan DANIŞDI: - “Hamının əlinə silah verilmir”
“Bu gedişatla Azərbaycan ordusu tezliklə bayrağımızı Şuşada qaldıracaq!”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Aqil Abbas deyib. Bildirib ki, hazırkı ordumuz nizam-intizamı ilə seçilir:

“1990-cı illərdə könüllü batalyonlar vuruşurdu, Müdafiə Nazirliyi yaradılmamışdı. Nəticədə isə nizam-intizam pozulurdu. “Oblava” olanda elə küçədəcə adamları yığıb orduya aparırdılar, təlim görməmiş şəxslər döyüşə göndərilirdi. O vaxtlar çox geridə qaldı. Həm də o cür davranmağa məcbur idik. Amma indi vəziyyət tamamilə dəyişib”.

Deputatın sözlərinə görə, hazırda qismən səfərbərliyə cəlb edilənlər hərbçi mütəxəssislər, tankçılar, topçular, zabitlər, hərbin müxtəlif sahələrində xidmət edənlərdir:

“Onlar təlim görmüş əsgərlər olsalar da belə, çağırış zamanı birbaşa döyüşə göndərilmirlər. Təkrar təlimlərə cəlb edilirlər, çünki onların arasında hərbi xidmətdən uzun müddət əvvəl qayıdanlar var.

İndiki orduda nizam-intizam qaydalarına tam riayət edilir. Elə “mən könüllüyəm orduya gedirəm” deyən hamının əlinə silah verilmir. Könüllü qeydiyyata alınanlar belə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən rəsmən çağırılır. Yəni kiminsə “döyüşə gedirəm” istəyinə o dəqiqə müsbət cavab verilmir. Dövlətin bu məsələyə cavabdeh qurumu var. Kim, nə vaxt istəyir yox, çağırış zamanı təlimə cəlb olunduqdan sonra döyüşə yollanır”.
A.Abbas qeyd edib ki, qismən səfərbərliyə çağırılanların hamısı da orduya cəlb edilməyib:
“Çünki buna ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, hər il olduğu kimi, oktyabrda hərbi çağırış vaxtıdır. Bəzən insanlar narahat olur ki, gənc əsgər çağırılan kimi döyüş bölgəsinə göndərilir, amma elə deyil. Gənc əsgərlər ən azı üç ay təlimdən sonra döyüş meydanına aparıla bilər. Hələ bir ay karantində qalırlar, sonra andiçmə, təlimlər, daha sonra döyüşə göndəriləcəklər. Möhtərəm Prezidentimizin dediyi kimi, bizim 100 minlik ordumuz var, nizam-intizam da lazımi səviyyədədir. Ona görə əalvə qüvvəyə ehtiyac da yoxdur. Bu işə cavadeh qurumlar da işlərini koordinasiyalı şəkildə həyata keçirirlər”.

Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
500 milyardlıq yeni layihəni elan etdi
500 milyardlıq yeni layihəni elan etdi