kanal1

"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"

Tarix:22-01-2025, 15:49
Baxış Sayı:1



Naxçıvan Dövlət Universitetində qiyabi təhsil başlasa da, tələbə olan yüksək vəzifəli məmurlar dərslərdə iştirak etmirlər.
Bu barədə “Gündəlik Naxçıvan” kanalına universitetdə çalışan bir qrup müəllim məlumat verib.
Məlumata görə, bu sıraya hüquq fakültəsi tələbələri olan - Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli, Həmkarlar İttifaqı Şurasının sədri Qəzənfər Abdullayev və digər yüksək vəzifəlilər daxildir. Müəllimlərin sözlərinə görə, universitet rəhbərliyinin göstərişi ilə bu məmurlara qayıb yazmaq qadağan olunub və onlara ən yüksək qiymətlərin verilməsi tapşırılıb.
Təhlükəsizlik səbəbindən adını açıqlamayan bir müəllim bildirib ki, bu göstəriş onları çətin vəziyyətdə qoyur: “Bu məmurların vəzifələri hüquq təhsili tələb edir, buna görə də qiyabi təhsili seçirlər. Lakin dərslərdə iştirak etməyə nə həvəsləri, nə də maraqları var. Özlərinə sığışdırmırlar ki, adi tələbələrlə birlikdə dərs keçsinlər. Buna görə də universitet rəhbərliyinə təzyiq göstərərək dərsə gəlmədən yüksək qiymət almağa nail olurlar. Nəticədə heç bir bilik əldə etmədən məzun olurlar. Bu, saxta təhsilin bir nümunəsidir. Belə şəxslərə verilən diplomlar yalnız formal xarakter daşıyır. Biz etiraz etsək, dərhal deyirlər ki, "istəmirsən, ərizəni yaz, işdən çıx".”
Eyni qrupda təhsil alan tələbələr isə, bərabərlik hüquqlarının pozulmasından narazıdırlar: “Biz dərsə 5 dəqiqə geciksək, qayıb yazırlar, sonra deyirlər ki, kəsilmisiniz. Amma bu məmurlar dərsə ümumiyyətlə gəlmir, yüksək qiymət alırlar. Müəllimlər isə bəhanə gətirir ki, onların işləri çoxdur, dövlət idarə edirlər. Əgər təhsil almaq istəyirlərsə, ya təhsil məzuniyyəti götürsünlər, ya da vəzifədən istefa versinlər.”
Tələbələr bu cür yanaşmanı həm təhsil sisteminə, həm də cəmiyyətin ədalət prinsiplərinə ciddi zərbə vurduğunu hesab edirlər.

Gündəlik Naxçıvan

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir