kanal1

AMB səhmdarlara dividend ödənilməsi ilə bağlı araşdırmalara başlayıb

Tarix:27-07-2023, 14:55
Baxış Sayı:40

AMB səhmdarlara dividend ödənilməsi ilə bağlı araşdırmalara başlayıb


Azərbaycan Mərkəzi Bankı (AMB) səhmdar cəmiyyətlərinin səhmdarlara dividend ödənilməsi ilə bağlı daxil olmuş müraciətləri araşdırıır.

Bu barədə AMB “Report”un sorğusuna cavab olaraq bildirib.

“Dividend ödənilməsi ilə bağlı Mərkəzi Banka daxil olmuş müraciətlərə tərəfimizdən baxılır. AMB kiçik və yaxud böyük olmasına baxmayaraq, investorlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Bununla bağlı tərəfimizdən araşdırmalar aparılır, araşdırmalar zamanı səhmdar cəmiyyətlərin səhmdarlara dividend ödənilməsi ilə bağlı qərar qəbul etdiyi müəyyən olunduğu, lakin həmin dividend ödənilmədiyi təqdirdə tərəfimizdən səhmdar cəmiyyətinə icrası məcburi göstəriş göndərilir”, - deyə cavabda bildirilib.

Bildirilib ki, əgər cəmiyyət tərəfindən verilən göstərişlərə əməl olunmadıqda səhmdar cəmiyyətləri barəsində Mərkəzi Bank tərəfindən Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti mövcuddur.

“​Buna baxmayaraq, ümumi yığıncaqda səhmdarlara dividendin ödənilməsi barədə qərar qəbul edilib, lakin ödənilməyən hallarla bağlı şikayət az daxil olub. Əksər hallarda araşdırma zamanı müəyyən olunur ki, ümumi yığıncaqda dividendin ödənilməsi barədə qərar qəbul edilmir.

Mövcud qanunvericiliyə müvafiq olaraq səhmdarların ümumi yığıncağında səsvermə "birsəsli səhm - bir səsdir" prinsipi əsasında həyata keçirilir.
Adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Əgər səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və ödəyə bilməz”, - deyə AMB qeyd edib.

Bildirilib ki, xalis mənfəətin səhmdar cəmiyyətin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir:

"Səhmdar cəmiyyət nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 gün müddətində icra edilir. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin Direktorlar Şurasının (Müşahidə Şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Qeyd etmək istərdik ki, Mülki Məcəllənin 107-5.4-cü maddəsinin tələbinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər".

AMB vurğulayıb ki, maliyyə xidmətləri istehlakçılarının və investorların Mərkəzi Banka müraciətlərini ünvanlaması üçün lazımi şərait yaradılıb:

“Belə ki, vətəndaşlar yazılı, şifahi və onlayn müraciətlərini yaradılmış imkanlardan istifadə edərək Mərkəzi Banka göndərə bilərlər. Bütün investorlar hüquqlarının qanunvericiliyə uyğun qorunmasının təmin edilməsi üçün Mərkəzi Banka şəxsən və ya qanuni nümayəndə vasitəsilə fərdi, həmçinin kollektiv formada müraciət edə bilərlər. Vətəndaşların telefon vasitəsilə edilən müraciətlərinin operativ cavablandırılması üçün “966” qaynar xətti təsis edilib. Eyni zamanda Mərkəzi Bank tərəfindən vətəndaşların yerində, onlayn və səyyar qəbulları da həyata keçirilməkdədir. Belə ki, vətəndaşlar Mərkəzi Bankın Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasına, eyni zamanda bölgələrdə yaşayan vətəndaşların nəzarət subyektləri ilə bağlı müraciətlərinin yerində araşdırılması üçün Gəncə, Yevlax, Quba, Biləsuvar və Sumqayıt şəhərlərində yaradılmış qəbul otaqlarına gəlməklə yerində qəbulda və “Skype” proqramı vasitəsilə videoqəbulda iştirak edə bilərlər. Əvvəlcədən yerində qəbulda iştirak edilməsi üçün onlayn növbənin əldə edilməsini təmin etmək məqsədilə “randevu.e-cbar.az” saytı istifadəyə verilib. Həmçinin qəbulun təşkilinin səmərəliliyinin və vətəndaş məmnuniyyətinin ölçülməsi üçün də elektron qaydada və anket sorğularından istifadə edilməklə şərait yaradılıb”.

Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi
COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?
COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?
“ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
“ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
Elza Seyidcahanın iddiasına DİM-dən cavab
Elza Seyidcahanın iddiasına DİM-dən cavab
"AccessBank"da əmanəti olanların DİQQƏTİNƏ: ƏMANƏTLƏRİNİZ QORUNMUR - DETALLAR
"AccessBank"da əmanəti olanların DİQQƏTİNƏ: ƏMANƏTLƏRİNİZ QORUNMUR - DETALLAR
Məhkəməsi gedən sabiq hakimə qarşı daha bir iddia - İLGİNC
Məhkəməsi gedən sabiq hakimə qarşı daha bir iddia - İLGİNC
"Baboş"la gündəmə gələn, saxta içki istehsal etməkdə ittiham edilən şirkət rəhbərinin vergi borcu artdı - Ölkədən çıxışına "stop" qoyula bilər
"Baboş"la gündəmə gələn, saxta içki istehsal etməkdə ittiham edilən şirkət rəhbərinin vergi borcu artdı - Ölkədən çıxışına "stop" qoyula bilər