kanal1

““Qırmızı kitab”da ilk dəfə çəhrayı siyahılar tətbiq edilib” - Nazir

Tarix:23-05-2023, 19:03
Baxış Sayı:33

““Qırmızı kitab”da ilk dəfə çəhrayı siyahılar tətbiq edilib” - Nazir


“Qırmızı Kitab”ın 3-cü nəşrinin Ümummilli Liderin 100 illik yubileyi ərəfəsində işıq üzü görməsi heç də təsadüfi deyil. Təbiətimizin böyük vurğunu, görkəmli dövlət xadimi Heydər Əliyevin məqsədyönlü siyasəti və davamlı fəaliyyəti sayəsində ölkədə nəsli kəsilmək təhlükəsi altında olan bir sıra bitki və heyvan növlərinin təbiətə qaytarılması, areallarının genişləndirilməsi mümkün olub.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Bioloji müxtəlifliyin qorunması mövzusunda keçirilən konfrans və "Qırmızı kitab"ın üçüncü nəşrinin təqdimatında deyib.

Nazir bildirib ki, bu nəşrdə digər iki nəşrdən fərqli olaraq növlərin beynəlxalq kateqoriyaya uyğun qiymətləndirilməsi IUCN-in (Beynəlxalq Təbiəti Mühafizə İttifaqı 2001) yeni təlimatı əsasında aparılıb, 30 illik uzun müddətli fasilədən sonra işğaldan azad edilmiş ərazilərimizdə - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə nadir bitki və heyvan növləri tədqiq olunub. Növlərin, xüsusilə də flora növlərinin qorunma altına alınması üçün xüsusi mühafizə olunan təbiət ərazilərindən kənarda qalan bitki növlərinin mühafizə olunması üçün mikrorezervatların yaradılması ilə həmin növlərin yayıldığı ərazilərin kənar təsirlərdən mühafizə olunması üçün tədbirlər görülür. Artıq Abşeron yarımadasında müxtəlif ərazilərdə - İlxıdağ, Beşbarmaq dağı, Səngəçal və Pirəkəşkül qəsəbələri ərazisində 5 belə ərazi seçilib və FAO ilə birlikdə həmin ərazilərdə yayılmış növlərin mühafizəsinin təşkil olunması növbəti mərhələlərdə təmin olunacaq.

Nazirin sözlərinə görə yeni “Qırmızı Kitab”da Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış nadir bitki növləri haqqında çox faydalı elmi məlumatlar öz əksini tapıb.

“Qırmızı Kitab”ın 3-cü nəşrinin daha bir özəlliyi isə bu nəşrdə flora və fauna növlərinin ilk dəfə olaraq çəhrayı siyahılarının tərtib edilməsindən ibarətdir. Əvvəlki iki nəşrdən fərqli olaraq bu nəşrdə nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin sayının artması özünü büruzə verib.

Azərbaycanın “Qırmızı kitabı”nın I nəşrində nadir, nəsli kəsilmək və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 108 növ heyvan və 140 növ bitki, II nəşrində 223 növ heyvan və 300 növ bitki, III nəşrdə isə 460 növ bitki, 241 heyvan, o cümlədən 47 növ göbələk adı daxil edilib. İlk dəfə tərtib olunan çəhrayı siyahıya 49-u ali, 2-si ibtidai olmaqla 51 bitki növü salınıb.

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı