kanal1

Naxçıvanda daha bir BAHALAŞMA - Sahibkarlar ÇƏTİN DURUMDA

Tarix:12-04-2023, 12:56
Baxış Sayı:21

Naxçıvanda daha bir BAHALAŞMA - Sahibkarlar ÇƏTİN DURUMDA

Türkiyədən Naxçıvana mal daşıyan karqolar son 4 ayda ikinci dəfədir ki, qiymətləri qaldırıblar. Son bahalaşmadan sonra müştərilər karqo vasitəsi ilə gətirdikləri malın hər kilosuna 50 faiz artıq pul ödəməli olurlar. Qiymətlərin bahalaşmasına gömrük rüsumlarının qalxmasının səbəb olduğu bildirilir. ictimailider.az bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a Türkiyədən mal daşıyan sahibkarlar məlumat verib.
Bu ilin əvvəlində Naxçıvan Gömrük Komitəsi ləğv edilib, Azərbaycana birləşdirildikdən dərhal sonra Türkiyədən daşınan hər kilo üçün qiymət 4 manatdan 5 manata qaldırılmışdı. Aprel ayından bəri isə, bu qiymət 8 manat olub. Yəni, komitə ləğv edilib, idarəyə çevrildikdən sonra karqo qiymətləri iki dəfə bahalaşıb.
Yerli sahibkarlar bildirir ki, daşıma qiymətlərinin qalxması bazarlarda da qiyməti bahalaşdırır. Bu isə, iqtisadi vəziyyəti ağır olan əhalinin vəziyyətini daha da pisləşdirir. Sahibkar Nağı Seyranov deyir ki, mart ayında karqo vasitəsi ilə Türkiyədən gətirəcəyi malın hər kilosu üçün 5 manata razılaşıb. Lakin, mal gəlib Naxçıvana çıxana kimi qiymət bahalanıb:
“Kargo yükü gətirir, Naxçıvan Gömrük İdarəsində rüsumu ödəyir və malı bizə təhvil verir. Biz isə, hər kilo üçün pulu rüsumqarışıq karqoya ödəyirik. 10 gün əvvəl Türkiyədən mal vurdum. Qəbzdə 5 dollar yazılmışdı. Zəng etdilər ki, mallar gəlib. Malları təhvil almağa gedəndə dedilər gömrük qiyməti qaldırıb, 8 dollardan ödəməlisən. Onsuz da camaatda pul yoxdu deyə, alver zəifdi. Bundan sonra daha da pis olacaq”.
Digər sahibkar Səfər Muradov deyir ki, bir neçə gün əvvəl İstanbuldan ona ayaqqabı göndəriblər. Malı götürmək üçün getdikdə isə, ona da daşınma qiymətlərinin qalxdığını bildiriblər:
“Əvvəllər ayaqqabının hər kilosu üçün 4 dollar 30 sent alırdılar. Yeni ildə bir dollar bahalaşmışdı. Müştəriləri itirməmək üçün məcbur qalıb həmin qiymətlərlə malı qəbul etdim. İndi yenidən qiyməti 2-3 dollar qaldırıblar. Onlar qiyməti qaldırır, biz isə qaldıra bilmirik. Belə getsə işimizi dayandırmalı olacağıq. Naxçıvan gömrüyü Bakıya tabe olandan sonra, rüsumların endiriləcəyini düşünürdük, lakin əksinə olub. İndi, lap dərimizi soyurlar“.
Naxçıvan Gömrük İdarəsindən sahibkarların şikayətlərinə münasibət bildirmək istəmədilər.

Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi
COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?
COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?
“ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
“ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
Elza Seyidcahanın iddiasına DİM-dən cavab
Elza Seyidcahanın iddiasına DİM-dən cavab
"AccessBank"da əmanəti olanların DİQQƏTİNƏ: ƏMANƏTLƏRİNİZ QORUNMUR - DETALLAR
"AccessBank"da əmanəti olanların DİQQƏTİNƏ: ƏMANƏTLƏRİNİZ QORUNMUR - DETALLAR
Məhkəməsi gedən sabiq hakimə qarşı daha bir iddia - İLGİNC
Məhkəməsi gedən sabiq hakimə qarşı daha bir iddia - İLGİNC
"Baboş"la gündəmə gələn, saxta içki istehsal etməkdə ittiham edilən şirkət rəhbərinin vergi borcu artdı - Ölkədən çıxışına "stop" qoyula bilər
"Baboş"la gündəmə gələn, saxta içki istehsal etməkdə ittiham edilən şirkət rəhbərinin vergi borcu artdı - Ölkədən çıxışına "stop" qoyula bilər