kanal1

Kirayədə qalan şəxs: “Aqil Babayevə 8 il ərzində 14 min 400 manat zəkat vermişəm” – MƏHKƏMƏ PROSESİ

Tarix:30-03-2023, 18:30
Baxış Sayı:37

Kirayədə qalan şəxs: “Aqil Babayevə 8 il ərzində 14 min 400 manat zəkat vermişəm” – MƏHKƏMƏ PROSESİ


"ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı məhkəmə prosesində “zərərçəkmiş” şəxslər qismində Əli Quliyev və Azər Cəfərov dindirilib.

Əli Quliyev ifadəsində bildirib ki, Aqil Babayevi tanımazdən əvvəl də namaz qılıb, bir sıra tanınmış ilahiyyatçılarla sıx əlaqəsi olub. Lakin həmin ilahiyyatçıların heç biri onun dini mövzuda sullarını cavablandıra bilməyib. A.Babayev isə bu suallara geniş izah verdiyi üçün bir din adamı kimi ona hər zaman inanıb.

Ə.Quliyev deyib ki, Aqil Babayevlə 2013-cü ildə qohumu Emin Həsənov vasitəsilə tanış olub. Lakin tanıdığı müddətdə onun hər hansı möcüzəvi əmlinin şahidi olmayıb. Bununla belə, din adamı kimi ona etimad göstərdiyi üçün, hər ay 150 manat olmaqla, 8 il ərzində 14 min 400 manat zəkat verib.

“Zərərçəkmiş” şəxs onu da deyib ki, A.Babayevi tanıdığı müddətdə onun heç bir pis əməlinin şahidi olmayıb, əksinə, yaxşı insan kimi tanıyıb.

Vəkil Eldəniz müəllim Əli Quliyevə sual verib ki, bəs, “Aqil Babayev tərəfindən aldadıldığını” nə vaxt və hansı hadisəyə görə bilib? O deyib ki, Aqil Babayev ondan komputer almasını istəmişdir. Həmin komputeri alıb A.Babayevə verib, lakin, pulunu ala bilmədiyi üçün onda A.Babayeva qarşı şübhələr yaranmışdır.

Ə.Quliyev daha sonra əlavə edib: “Mən onun yalanını 2021-ci ildə mömin qardaşım olan Fuad Məmmədovdan bilmişəm. F.Məmmədov mənə dedi ki, Aqil zəkat pullarını mənimsəyib, öz şəxsi işləri üçün istifadə edib.

Onun dini savadı mənim diqqətimi çox çəkdi. Mənə dedi ki, günahlarının bağışlanması üçün zəkat verməlisən. Onun tapşırığı ilə hər ay zəkat verməyə başladım.

Aqilə 2013-cü ildən 2021-ci ilə qədər hər ay minimum 150 manat olmaqla ümumilikdə 14 min 400 manat zəkat verdim. Zəkatı verdiyim müddətdə mən kirayədə qalırdım”.

A.Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını söyləyib. Aqil Babayev Əlinin onun qonşuluğunda kirayədə yaşadığını təsdiqləyib. Və onuda bildirib ki, Əlinin maddi imkanı kifayət qədər zəif idi, bunun üçündə A.Babayev Əliyə kifayət qədər maddi təstək olub, hətta kirayə pulununda özü tərəfindən verildiyini bildirib."Aramızda qonşuluq münasibətləri yarandı. Həm də Əli texnikanı yaxşı bildiyinə üçün arada onu kompüter və telefonumda problem yarananda köməyə çağırırdım. Mən ondan heç bir zəkat tələb etməmişəm. Onların heç biri mənə zəkat verməyiblər.

Daha sonra prosesdə digər zərərçəkmiş qismində Azər Cəfərov ifadə verib. O bildirib ki, 18 yaşından ibadətlə məşğuldur: "Uşaqlıqdan bizim əqidəmizdə əhli-beyt imamlarına məhəbbət və imam Mehdinin intizarında olmaq arzusu olub. Mənim iki ali təhsilim var. Dini suallarıma əksər din xadimləri, illahiyyatçılar və getdiyim məscidlərdə olan axundlar dini suallarıma cavab verə bilmirdi. Sonra isə Fuad Məmmədovla tanış oldum. Mən Fuadla neft şirkətində işləyirdim. Mənə lazım olan dini sualları ona verdikdə o isə Aqil Babayev adlı dini savadlı bir şəxsin olduğunu mənə dedi. Və sənin bu günə qədər cavab tapa bilmədiyin sualların, hamısını o sənə cavablandıracaq dedi. Sonra isə məni 2004-cü ildə A.babayevlə tanış etdi. Həqiqətən də heç yerdə tapa bilmədiyim cavabları A.Babayev mənə cavablandırdı. Bu da mənə kifayət qədər tutarlı və əsaslı cavablar olduğu üçün mənim A.Babayevə bir din xadimi kimi hörmətim yarandı. Dində höccət deyilən bir şey var. Höccət isə qarşındakı şəxsin sənə quran ayələrindən dəlillər gətirməsi və sən əgər həmin dəlillərə heç bir cavab verə bilmirsənsə, sözsüz, şübhəsiz həmin dəlilləri qəbul edirsənsə, həmin şəxs imam Mehdi hesab olunur. Bunun üçündə onun gətirdiyi dəlillərin qarşısına heç bir dəlil çıxa bilmədiyim üçün onun imam olduğuna inandım”.

Daha sonra isə Azər Cəfərov A.Babyevi təhqir etdiyi üçün vəkil Eldəniz müəllim ona bu hərəkətin düz olmadığını bildirdikdə, zalda əyləşən digər zərərçəkmişlər planlı şəkildə hər birisi zərərçəkmişi və onun vəkillərini söyüb təhqir edirək, məhkəməsnin dağılmasına nail olublar. Təqsirləndirilən şəxsin vəkilləri ilə zərərçəkmişlər arasında mübahisə yaranıb.

Məhkəmə aprelin 5-dək təxirə salınıb.

Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. Onu “12-ci İmam” adı altında həbs ediblər.

Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.

Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Jalə FAMİLQIZI,

Hurriyyet.az

Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Makronun Haiti rəhbərliyini “axmaq” adlandırması qalmaqala səbəb olub
Makronun Haiti rəhbərliyini “axmaq” adlandırması qalmaqala səbəb olub
Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
“Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ
“Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ