kanal1

Gədəbəydə problemi elə icra başçısının ÖZÜ YARADIR,.. - NARAZILIQ VAR!

Tarix:27-03-2023, 09:57
Baxış Sayı:27

Gədəbəydə problemi elə icra başçısının ÖZÜ YARADIR,.. - NARAZILIQ VAR!


Gədəbəy rayon Novosaratovka kəndində yaşıllaşdırma məqsədi ilə əkdiyim 48 ədəd ağacı icra hakimiyyətinin əməkdaşı məhv etdi.

ictimailider.az Sarkazm.az-a istinadla xəbər verir ki, bu barədə sahibkar Nazim Əliyev saytımızın elektron poçtuna göndərdiyi şikayət məktubunda bildirir.

N.Əliyev sözlərinə görə, bununla Gədəbəy rayon icra hakimiyyəti onun rayonda həyata keçirdiyi biznes və digər işlərinə mane olur.

“24 mart 2023-cü il tarixində Gədəbəy rayon Novosaratovka kəndində mənə məxsus torpaq sahəsinin ətrafında yaşıllaşdırma işləri apararaq 48 ədəd ağac əkməyə başladım. Ağacları əkib yekunlaşdırdıqdan sonra həmin kəndin icra nümayəndəsi Elvin Məmmədov yaxınlaşaraq mənim bu addımımı qanunsuz hesab etdiyini və əkilmiş ağacların yerindən çıxarılacağını bildirdi. Mən icra nümayəndəsinə həmin ərazinin mənə məxsus və bələdiyyənin balansında olduğunu bildirdim. Bələdiyyələrin isə seçkili, eyni zamanda müstəqil orqan olduğunu və icra nümayəndəliyinə aid olmadığını bildirsəm də, E.Məmmədov buna məhəl qoymadı. Rayon icra hakimiyyətinin göstərişi və bunu icra etməyə məcbur olduğunu qeyd edərək öz ilə gətirdiyi işçiləri ilə birlikdə ağacları yerindən çıxartdılar. Elvin Məmmədov da həmçinin bildirir ki, bu ərazi bələdiyyə torpaqlarıdır və torpağa dair mənim adıma sənədlər olmadığına görə ağac əkinini qanunsuz hesab edir. Maraqlıdır ki, bələdiyyə torpağında qanunsuz işlərə icra nümayəndəsi niyə qarışır? Eyni zamanda sənədsiz torpaqlarda müəyyən işlər icra etmək qadağandırsa, Novosaratovka kəndini məmurlar öz aralarında bölüblər və yüzlərlə qanunsuz tikililər aparıblar. İcra hakimiyyətində “Memarlıq və Tikinti Şöbəsi”nin müdiri Əlövsət Bayramovun və İnəkboğan kənd icra nümayəndəsi Şahin Kazımovun Novosaratovka kəndində bir neçə qanunsuz tikililəri və biznesi var. Nə əcəb onlara mane olan yoxdur ya icra hakimiyyətinin rəhbərliyinin xəbəri yoxdur?” – deyə Nazim Əliyev bildirir.

O, həmçinin bildirir ki, bunu rayon icra hakimiyyəti qərəzli şəkildə edir və torpağa dair sərəncam imzalamayaraq mənim fəaliyyətimi qaanunsuz adlandırırlar.

“Bir neçə il bundan öncə Gədəbəy rayon Novosaratovka kənd sakini Qulu adlı vətəndaşdan onun evini və geniş ərazini əhatə edən torpaq sahəsini almışam. Həmin ərazi çaykənarı olduğundan balıqçılıq üçün əlverişli yerdir. Mən də şəraitə uyğun olaraq bir neçə balıq gölü yaratmağı qərara aldım. Həmin vaxt icra hakimiyyətindən bildirdilər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə almalısan və Quludan aldığın mülkiyyəti sənədləşdirməlisən. ETSN-ə müraciət etdim. Nazirliyin əməkdaşları əraziyə baxış keçirdilər və balıqçiliq təsərrüfatı üçün müsbət rəy verdilər. Növbəti prosedur olaraq torpağın sənədləşməsi üçün Novosaratovka kənd bələdiyyəsinə müraciət etdim və lazım olan sənədləri topladım. Bələdiyyə ilə alqı-satqı müqaviləsi imzaladıq və dövlət rüsumunu ödədim. Torpağın şəxsi mülkiyyətə keçməsi üçün icra hakimiyyəti sərəncam imzalamalı idi. Sərəncam üçün Gədəbəy rayon icra hakimiyyətinə dəvət edildim. Məni icra başçısının müavini Vüsal Musayev qəbul etdi. Sərəncamın imzalanması və eynilə həmin ərazidə balıqçılıq təsərrüfatının olmasına görə məndən 40 min manat rüşvət istədi. Bundan imtina etdiyimə görə hələ də mənə məxsus torpağın sənədləşməsi üçün sərəncam imzalanmayıb. Bununla da aldığım torpağın sənədləşməsinə mane olurlar və digər tərəfdən də bildirirlər ki, torpağın sənədi olmadığına görə gördüyün işlər qanunsuzdur. Sənədi verməyən də, işlərimi qanunsuz adlandıran da icra hakimiyyətidir.” – deyə Əliyev qeyd edir.

Nazim Əliyev hesab edir ki, icra hakimiyyətinin bu addımı ölkə rəhbərinin siyasətinə sabotajdır.

“Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “hərəyə bir ağac əkək” layihəsi davam edir. Ölkə üzrə əksər dövlət qurumları, özəl sektor, gənclər bu layihəyə qoşularaq ağac əkirlər. Lakin Gədəbəy icra hakimiyyəti əkilən ağacları məhv etdirir. Eyni zaman regionların inkişafı üçün hər il dövlət büdcəsindən milyonlarla pul ayrılır, ölkə rəhbəri hər dəfə çıxışında rayonlara investorları cəlb etmək üçün icra başçılarına xüsusi göstəriş verir. Lakin Gədəbəydə yaratdığım biznes layihəsinə icra hakimiyyəti mane olur. Bu, birbaşa ölkə rəhbərinin siyasətinə ziddir.” – deyə sahibkar vurğulayır.

Nazim Əliyev ona qarşı olan haqsızlıqları ölkə rəhbərindən və müvafiq qurumlardan araşdırmağı və onun biznesinə yaradılan problemləri aradan qaldırmağı xahiş edir.

Məsələ ilə bağlı Gədəbəy rayon icra hakimiyyətinin “Memarlıq və Tikinti Şöbə”sinin müdiri Əlövsət Bayramov ilə əlaqə saxladıq. Ə.Bayramov Nazim Əliyevin ağacəkmə kampaniyasını qanunsuz hesab edir. “Həmin ərazilər bələdiyyənin balansındadır. Orda ağac əkmək üçün bələdiyyədən icazə almalıdır yaxud şəxsi mülkiyyətə keçməsi üçün sənədləşdirməlidir. Nazim Əliyev bunların heç birini etmədən ağac əkib. Buna görə də onun bu addımının qarşı alınıb.” – deyə Əlövsət Bayramov bildirdi.

Həmçinin Əlövsət Bayramov Nazim Əliyevin onun biznesi və rayon icra hakimiyyətinin əməkdaşının Nazim Əliyevdən 40 min manat rüşvət istəməsi barədə dedikləri fikirlərə də cavab olaraq bildirdi ki, həmin məsələlərin vəzifəmə aidiyyatı yoxdur. “Gədəbəy rayon icra hakimiyyətində “Memarlıq və Tikinti şöbə”sinin müdiri vəzifəsinə iki aya yaxındır təyin olunmuşam. Ondan öncə bizneslə məşğul olmuşam. Hazırda isə biznesimlə övladım məşğuldur və Novosaratovka kəndində tikilən ev mənə yox, bacıma məxsusdur. Eyni zamanda Nazim Əliyevdən icra hakimiyyətindən 40 min manat rüşvət istənilməsindən xəbərim yoxdur. Həmin vaxt mən icra hakimiyyətində vəzifə daşımırdım.” – deyə Bayramov Əlavə etdi.

Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi
COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?
COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?
“ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
“ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
Elza Seyidcahanın iddiasına DİM-dən cavab
Elza Seyidcahanın iddiasına DİM-dən cavab
"AccessBank"da əmanəti olanların DİQQƏTİNƏ: ƏMANƏTLƏRİNİZ QORUNMUR - DETALLAR
"AccessBank"da əmanəti olanların DİQQƏTİNƏ: ƏMANƏTLƏRİNİZ QORUNMUR - DETALLAR
Məhkəməsi gedən sabiq hakimə qarşı daha bir iddia - İLGİNC
Məhkəməsi gedən sabiq hakimə qarşı daha bir iddia - İLGİNC
"Baboş"la gündəmə gələn, saxta içki istehsal etməkdə ittiham edilən şirkət rəhbərinin vergi borcu artdı - Ölkədən çıxışına "stop" qoyula bilər
"Baboş"la gündəmə gələn, saxta içki istehsal etməkdə ittiham edilən şirkət rəhbərinin vergi borcu artdı - Ölkədən çıxışına "stop" qoyula bilər