kanal1

`Azərlotoreya`nı `yuxarı`da KİM HİMAYƏ EDİR? - Yoxsa belə özbaşınalıq olmaz...

Tarix:24-03-2023, 11:09
Baxış Sayı:13

`Azərlotoreya`nı `yuxarı`da KİM HİMAYƏ EDİR? - Yoxsa belə özbaşınalıq olmaz...


Azərbaycanda rəsmi QUMAR BİZNESİ ŞƏBƏKƏSİ hesab olunan "Azərlotoreya"nın kasıbların son qəpik-quruşuna göz dikməsi bir faktdır. Hər halda, hansısa imkanlı şəxsin və yaxud da vəzifə başında olan məmurun hər gün axşam işdən evə gedərkən "Azərlotoreya"nın hansısa qumarını oynadığını nə görən olub, nə də eşidən... Günlük gəliri 10-20 manat arası olan binəva fəhlə zümrəsidir ki, bu cür yollarla qazanacağına, birdən-birə varlanacağına ümid edir ki, bu da "Azərlotoreya" kimi qumar şəbəkələrinin işinə yarayır.

Hər halda, bu kimi hallarda dövlətin gərəkən qurumlarının müdaxiləsi vacibdir, şərtdir. Çünki dövlət və oinun hüquq-mühafizə orqanlarının başlıca vəzifəsi ölkə vətəndaşlarının məhz bu kimi dələduzluq torundan müdafiə olunmasıdır.

Məlumdur ki, Azərbaycanda rəsmi QUMAR BİZNESİNƏ nəzarəti öz əlinə götürən və bununla da “Azərlotereya” ASC-nin idarəetməsinə nəzarət edən Türkiyənin “Demirören Holding” şirkətidir.

Bu şirkətin qardaş Türkiyədəki əməlləri ilə bağlı KİV-də yetərincə informasiyalar paylaşılıb. Elə Azərbaycandakı əməllərindən də son günlər yetərincə yazılmaqdadır...

Amma görünəni odur ki, rəsmi qurumlar, qəni bu işi araşdırmalı olan dövlət qurumlarımız “Demirören Holding” qarşısında rəsmən əl-qolu bağlı vəziyyətdədir. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə olduqca ilginc faktları açıqlayıb. Aydın olur ki, məhz "yuxarıda" bəlli bir qrup bu gün “Demirören Holding”in Azərbaycanda rəsmi qumar biznesini yönəltməsini aşkar şəkildə himayə etməkdədir.

Bu barədə geniş araşdırma yazımızı yaxın günlərdə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Məsələ ilə bağlı ictimailider.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...DİA.AZ

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı