kanal1

Əli Nur Ramiz Novruzun dəfnindəki fikirlərinə aydınlıq gətirdi - Video

Tarix:22-02-2023, 14:32
Baxış Sayı:56

Əli Nur Ramiz Novruzun dəfnindəki fikirlərinə aydınlıq gətirdi - Video

Ötən gün uzunsürən xəstəlikdən sonra dünyasını dəyişən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimində həmkarı Əli Nurun çıxışı müzakirələrə səbəb olub. Belə ki, xalq artisti R. Novruzun dəfnində Mədəniyyət Nazirliyinin heç bir nümayəndəsinin iştirak etmədiyini və aktyora laqeyd münasibət göstərildiyini qeyd edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, Xalq artistinin dəfn mərasiminin təşkili ilə Mədəniyyət Nazirliyi birbaşa məşğul olub. Eyni zamanda, qurumun 4 nümayəndəsi - nazirliyin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov dəfndə iştirak ediblər.

Xalq artisti Əli Nur dünən səsləndirdiyi fikirlərin sosial şəbəkələrdə müzakirə yaratdığı üçün məsələni bir daha aydınlaşdırıb. Aktyor “Qafqazinfo”ya açıqlamasında səhərdən ona davamlı zənglər gəldiyini qeyd edib:

“Mən onlara da dedim, indi də bildirirəm ki, Mədəniyyət Nazirliyinin dörd əməkdaşı vida mərasimində də, dəfn mərasimində də iştirak edib. Azərbaycan Mədəniyyət Nazirliyi böyük diqqət və qayğı ilə Azərbaycan incəsənətinə kömək edir. Bu, tək teatra aid deyil, musiqiyə, rəssamlığa, ədəbiyyata da aiddir. İnsanları işığa, sivilizasiyaya aparan mədəniyyətdir.”

Əli Nur, həmçinin mədəniyyət naziri vəzifəsini hazırda icra edən nazirin birinci müavini Adil Kərimlinin təyinatından bir neçə gün sonra onunla ad günündə şəxsən telefonla danışdığını əlavə edib: "Məni təbrik elədi, mən də ona minnətdarlığımı bildirdim. Son sözüm də bu oldu ki, Azərbaycan teatrı dövlətimizin səsidir, simasıdır, dövlətin bütün proqramını yerinə yetirən tribunadır”.

Xatırladaq ki, son zamanlar ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Novruzun müalicəsi də nazirlik və Heydər Əliyev Fondunun nəzarətində idi. Heydər Əliyev Fondu aktyorun müalicəsini öz üzərinə götürmüşdü. Bir müddət əvvəl Ramiz Novruzun övladları Şəfəq Novruz və Cavidan Novruz sosial şəbəkə hesablarında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya atalarının səhhəti ilə bağlı göstərdiyi dəstək və diqqətə görə təşəkkür etmişdilər.

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı