kanal1

Şahin Bağırov da RAMAL TRANS-ın NAZI İLƏ OYNAYIR... - Səfər Mehdiyevə NİYƏ DƏYDİLƏR Kİ?

Tarix:31-01-2023, 10:14
Baxış Sayı:38

Şahin Bağırov da RAMAL TRANS-ın NAZI İLƏ OYNAYIR... - Səfər Mehdiyevə NİYƏ DƏYDİLƏR Kİ?


"Sizə yazan Bakı Baş Gömrük İdarəsinin nəzdində fəaliyyət göstərən məşhur "İpək Yolu" terminalının "Ramal Trans" şirkətindən zərər çəkən şirkətlərdən biridir..." Qeyd edək ki, dünən bu barədə DİA.AZ olaraq redaksiyamıza daxil olan müraciət əsasında məlumat vermişdik.

Müraciət müəllifləri daha sonra bildirirdi: "Bir sözlə, demək istəyirəm ki, məşhur gömrük sistemində AMBAR TƏLƏSİ hələ də fəaliyyətdədir! Bu gün, yəni 30.01.2023 tarixində... yəni gömrük işçilərinin PEŞƏ BAYRAMI GÜNÜNDƏ belə bizi rəsmən soyublar! Açıq-aşkar bazardır bura... İstədiyiniz zaman gəlib yoxlaya bilərsiz... Bunlar özlərinin illər boyu cəzasız qaldıqlarını görüb və bilib, bundan istifadə edirlər! İstəyir Səfər Mehiyevin xaxtı olsun, istər də Şahin Bağırovun dövrü olsun... Hətta 1-ci müavin İsmayılı bu idarəyə rəis gətirdilər də... o belə qıraqda durdu! Qısacası... sizə məlumat verim hal-hazırda "İpək Yolu" gömrük ambarına ödənişlər necə həyata keçirilir... siz də bilin..."

Beləliklə DİA.AZ-a yazan müəlliflər ilginc faktları açıqlayır:

" "Ramal Trans" ("İpek Yolu" terminalının rəsmi adıdır bu - dia.az) adlı şirkətə bir TIR-ın girişinı görə 159 manat, ambara verilirsə, əlavə olaraq 300 manat pul ödənilir.
Bundan basqa, 2-ci ambarda baxış olduqdan sonra 200-250 manat civarında heç bir sənəd verilmədən pul ödətdirirlər.

Əlavə olaraq, fəhlə və "avtokar"a görə də pul ödəməli olurlar... Halbuki bu ödəniş yuxarıda göstərilən 300 manatlıq ümumi ödənişə daxildir. Hələ gömrükçülərin burda etdiyi soyğunçuluğu qoyuruq bir qırağa... Bu kabus hələ də davam edir..."

Yuxarıda sadalanan faktlardan da aydın olur ki, hələ də GÖMRÜKDƏ SOYĞUN DAVAM edir və Şahin Bağırov köhnədən qalma üsullarla TALANÇILIQ SİYASƏTİNİ ustalıqla icra etməkdədir. Bu yerdə ortaya haqlı bir sual çıxır: Bəs o zaman Səfər Mehdiyev binəvaya NƏDƏN QIYDILAR? Qalıb işləyirdi də...

DİA.AZ bildirir ki, Şahin Bağırov cənablarının "Ramal Trans"la işləməsi də bir məcburiyyətdən də irəli gəlir. Çünki bu MMC elə-belələrindən deyil... Arxasında kim dayanır? Bu barədə növbəti yazımızda... Bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı