"Kiçik kafelər və açıq havada olan iaşə müəssisələrinin açılması müzakirə olunur”.
Anews.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O qeyd edib ki, istəsək də, burada məsafənin saxlanılması mümkün deyil.
"Yumşaldılmanın nəticələri analiz ediləndən sonra bu da müzkairə olunacaq.
Mərhələli şəkildə açılmaya gedilməlidir. Birdən yumnşalmaya gedilsə, gözlənilməyən nəticələr ola bilər”.