kanal1

Bu il kütləvi şəkildə qurban kəsimi üçün yer ayrılıb? - RƏSMİ AÇIQLAMA

Tarix:28-07-2020, 22:14
Baxış Sayı:53

Bu il kütləvi şəkildə qurban kəsimi üçün yer ayrılıb? - RƏSMİ AÇIQLAMA
"Qurban bayramı ilə bağlı müzakirələr aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın, TƏBİB mütəxəssislərinin tövsiyəsi bu olub ki, kütləvi şəkildə Bakıda qurban kəsmək üçün yer ayrılmasın”.

ictimailider.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. O deyib ki, əvvəlki illərdə qurban kəsmək üçün müəyyən yerlər təşkil olunurdu, çoxlu sayda adamlar da həmin yerlərə gedib qurban kəsdirirdi: "Amma koronavirusla bağlı hazırkı vəziyyət təhlükə yaradır. Dövlət var gücü ilə vəziyyətin düzəlməsi üçün çalışır. Hamımız da bir olub bu tövsiyələrə əməl etməliyik. Ona görə də bu il kütləvi şəkildə qurban kəsmək üçün yerlərin ayrılmasına icazə verilmədi”.

Fuad Nurullayev qeyd edib ki, qurban kəsmək şəriətdə vacib əmr deyil: "Qurban kəsməyin vacibliyi Məkkədə ziyarətdə olan insanlar üçündür. Amma ümumilikdə vacib şərt deyil, savabdır”.

Onun sözlərinə görə, bu gün də tövsiyə edilir ki, koronavirus səbəbindən insanlar bir yerə toplaşıb qurban kəsməyə getməsin.

Bayram namazı ilə bağlı məsələyə gəldikdə isə QMİ sədrinin müavini qeyd edib ki, məscidlərdə cümə, camaat, bayram namazlarının qılınması təxirə salınıb: "Bayram namazının qılınması da vacib deyil. Hərə öz evində ailəsi ilə birgə bayram namazı qıla bilər”.

Qeyd edək ki, 31 iyul və 1 avqustda Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Nazirlər Kabinetinin qərarı ilə 1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı