kanal1

17 İYUN SƏHİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR Qaranlıq dünyamıza aydınlıq gətirən ağ xalatlı həkimlər: Sizə Minnətdarıq!

Tarix:17-06-2022, 16:25
Baxış Sayı:282

17 İYUN SƏHİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR Qaranlıq dünyamıza aydınlıq gətirən ağ xalatlı həkimlər: Sizə Minnətdarıq!
Həkim kimi özünü doğrultmaq,xalqın xidmətində dayanmaq,ona bu sahədə göstərilən etimadı yerinə yetirmək üçün əsil vicdan sahibi olmalısan.Vicdanla xalqa xidmət etmək insana başucalığı gətirər.Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı Travmatologiya şöbəsinin rəisi Ramil Nəcəfov başda olmaqla bütün həkim və tibb personalı,Birinci Əməliyyat otağının işçi qrupu  xalqına vicdanla,namusla xidmət edən səhiyyə işçilərindəndir.İctimailider.az saytı olaraq sizə haqqında fəxrlə danışacağım insan,şəfalı əllərin sahibi,insanların ümid yeri Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı Travmatologiya şöbəsinin rəisi Ramil Nəcəfov həkimlik peşəsinin layiqli təmsilçilərindəndir.Həyatda insan sağlamlığının vacibliyi hər şeydən önəmli olduğu üçün təbabət elmi daim inkişafda olub.Təbabət elmi ilə həkimlik peşəsi cəmiyyətimizdə bu gün vacib məsələlərdən biri kimi gündəmdədir.Xalqın sağlamlığı keşiyində dayanan həkimlərin özləri sağlam ruhlu insanlar olmalıdır. Çünki, sağlam bədəndə sağlam ruh olar, deyib müdriklərimiz.
Əziz oxucu, onu da qeyd etmək istəyirəm ki, Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı nizam-intizamına,xəstələrə diqqətinə,təcrübəli,etibarlı həkimlərinə görə nümunəvi səhiyyə ocaqlarından biridir.Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalın rəhbər və bütün həkimləri, xalam Nəzakət Abubəkir qızı Qarayevanın əməliyyatında əməyi olan Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı Travmatologiya şöbəsinin rəisi Ramil Nəcəfov, eyni zamanda, baş tibb bacısı Aynur xanım Rzayeva, tibb bacıları Aydan Həsənova,Təhminə Nəbiyeva,Əfsanə Ələkbərova, Aytac Ocaqverdiyeva,İrina Yusifova,təsərrüfat bacısı Simuzər Əmirova və kiçik tibb işçiləri Raya Məmmədova,Gültəkin Mustafayeva, Səlimə Quliyeva və Zülfiyyə Məhərrəmova tam diqqət və qayğı ilə xalqımızın xidmətindədir.Mən bu sözləri elə-belə, kiməsə xoş gəlsin deyə söyləmirəm.Özüm şahidi olmuşam.Yolumuzu ilk dəfə salanda xəstələrlə səmimi münasibətin, insanlara böyük diqqətin şahidi olmuşam. Bu bir həqiqətdir.Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı  Travmatologiya şöbəsinin rəisi Ramil Nəcəfov kimi həkimləri olan bir millətin, xalqın belə həkimlərlə yalnız öyünməyə,fəxr etməyə haqqı var.
Əziz həkimlər,çox hörmətli Ramil həkim,sizə və sizin simanızda bütün tibb personalınıza xalam Nəzakət xanım əməliyyatında göstərdiyiniz diqqət və qayğıya,eyni zamanda 17 iyun Səhiyyə İşçilərinin Peşə bayramı münasibətilə ailəm və bütün redaksiya heyətimiz adından səmimi qəlbdən təbrik edir,hər birinizə ayrı-ayrılıqda sağlıqlı uzun ömür arzulayır, müqəddəs və şərəfli işinizdə sizə böyük uğurlar diləyirəm. Biz sizə minnətdarıq,əziz həkimlər!
Peşə bayramınız mübarək!
 
 
 
 

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı