kanal1

Zərdabda bu məmur ÖZBAŞINA QALIB... - BUNUN BAŞQA ADI YOXDUR...

Tarix:8-12-2022, 12:06
Baxış Sayı:12

Zərdabda bu məmur ÖZBAŞINA QALIB... - BUNUN BAŞQA ADI YOXDUR...


2020-2022-ci illərin ən çox giley, şikayət ünvanı təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Melorasiya və Su təsərrüfatı" ASC-dir.
Son iki ildə su problemi qardaşı qardaşa, balanı ataya, qonşunu qonşuya düşmən edir. Hər il əkin-biçin vaxtı gələndə fermerlər bir-birinə qarşı "üsyan"a qalxır ki, bunun da tək səbəbi su azlığı olur. Rayonlardakı Suvarma sistemləri İdarələrinin müdirləri isə həmin camaatın biri-birinə düşmən olduğu zamanda əməllicə "pul qatlayırlar". Yəni, suyu fermerlərə pul ilə satırlar.

Respublikanın bütün rayonlarında sakinlər Suvarma Sistemləri İdarələrinin rəhbərindən narazıdırlar.

Dəfələrlə bu barədə sakinlər özləri "DogruXeber.az"a müraciət edib, hətta bir neçə dəfə "Kanal14" YouTube kanalımızda yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradaraq, yerli Suvarma Sistemləri İdarələrindən gileyləniblər. Yəqin ki, Xaçmaz rayon Çılğır kənd sakini, İmişli rayon sakini, Şamaxı rayon Çıraqçı kənd sakinləri, Tərtər rayon Əsgipara kənd sakinləri, həmçinin Şəmkir rayon sakinlərinin su problemi barəsində narazılıqlarını "Kanal14" YouTube kanalımızda izləmisiniz.

Belə su probleminin yaşandığı bölgələrimizdən biri də Zərdab rayonudur. Zərdab rayonunun bir qrup sakinlərinin "DogruXeber.az"a verdiyi məlumata görə Suvarma Sistemləri idarəsinin müdiri Əhliman Kərimov işlədiyi idarədə saxtakarlıqla məşğuldur.

Sakinlər tərəfindən redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, "Zərdab rayon Suvarma Sistemləri İdarəsində müəyyən insanlar var ki, rəsmi şəkildə adı işdə gedir, ancaq özləri idarənin yolunu belə tanımırlar. İdarədə rəsmi adı işdə gedən və özü Bakıda yaşayan işçilər var.

Əlibəyli kəndində uzun illərdir işləməyən su nasosuna dizel yanacağı yazılır, ancaq yanacaq müəyyən yerlərdə satılaraq, pulu idarə müdiri Əhliman Kərimovun cibinə girir.
Bu bir çox kəndlərdə belədir.

Mart ayında təqaüdə çıxmış işçini hələ də qeyri-qanuni işlədir və ona öz cibindən əmək haqqı verir (çünki, həmin şəxs pul yığmağın yollarını yaxşı bilir). Əhliman Kərimovun əmək haqqısı nə qədərdir ki, qeyri-qanuni işlətdiyi işçinin əmək haqqını öz cibindən verir?!

Bu dövriyyədə olan kirli pullardır ki, idarə müdiri rahatlıqla sağa-sola xərcləyir. Əmək məcəlləsində belə bir qanunun olmadığı halda, Suvarma Sistemləri İdarəsində belə saxtakarlığa yol verilir.

Əhliman Kərimovun saxtakarlığı bunlarla da bitmir.
Rəsmi olaraq təxminən 400 nəfər işçisi olan bu idarənin yarsından çoxu işə çıxmadığı halda, onlara əmək haqqı yazılır ki, bu da dövlət büdcəsinə qəsdən ziyan vurmaqdıru.
Aidiyyatı qurumlar tabelə atılan imzaları incələsələr bütün saxtakarlıqlar üzə cıxacaq.

Çox güman ki, həmin əmək haqqı alanların pulunun yarısı (ya da hamısı) Əhliman Kərimovun cibinə gedir.

Zərdab rayonunda Əhliman Kərimovun rəhbərlik etdiyi idarəni "dizel yanacaq doldurma məntəqəsi" kimi tanıyırlar.

İdarənin həyətində yararsız texnikalara hər gün dizel yanacağı yazılır və idarə müdiri tərəfindən mənimsələnir. O, son 2 ildə təqaüdə çıxmış işçilərin yerinə övladlarının adını rəsmiləşdirir.

İdarənin işlək texnikaları kommersiya məqsədilə Əhliman Kərimovun göstərişi əsasında işlədilir, alınan pullar isə Əhliman Kərimovun cibinə girir.

Suvarma Sistemləri İdarəsinə yoxlama gələndə Əhliman Kərimovun göstərişi ilə rayonda fəaliyyət göstərən tikinti materialları mağazalarından tikinti materialları gətirilir, yoxlama getdikdən sonra həmin materiallar mağazaya qaytarılır.

Üç kəndin əkin sahəsinə gedən su kanalınin içi torpaq və yabanı bitkilərlə dolduğundan kanala gedən su əkin sahələrinə getmir. Nəticədə kanal daşıb, kəndin yollarını basır.

Dəfələrlə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Zaur Mikayılova şikayət etməyimizə baxmayaraq, hələ də problem olduğu kimi qalmaqdadır.

Ümumiyyətlə, bütün bu saxtakarlıqları "Meliorasiya su Təsərrüfatı" ASC-nin sədri Zaur Mikayılova dəfələrlə çatdırsaq da şikayətlərimizə baxılmır.

Orataya bir sual çıxır:
Zaur Mikayılov dövlət büdcəsinə ziyan vuran işçisi haqqında niyə ciddi ölçü götürmür?

Sakinlər əkin sahələrini sulamaq üçün dövlət rüsumunu banka ödədiyi halda, Əhliman Kərimov onlara su vermir ki, "Pulu niyə banka keçirmisən?! Gərək gətirib idarəyə verəydin"."

Bəli, yuxarıda qeyd etdiyimiz bütün məlumatlar rayon sakinləri tərəfindən "DogruXeber.az"a göndərilmişdir.

Ətrafı videoproqramda:

P.S: Məlumatlar redaksiyamıza daxil olduqdan sonra, hər zaman olduğu kimi Media haqqında qanuna əsasən qarşı tərəflə telefon əlaqəsi saxlayıb, barəsindəki iddialara münasibət bildirməsini xahiş etdik.

Lakin, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimov "Mən sizi tanımıram, rəsmi göndərin baxaq" deyib, telefonu söndürdü.

Əslində, qanunda da deyildiyi kimi bizim şifahi də cavab almaq səlahiyyətimiz olduğu halda, Əhliman Kərimovun sözünü yerə salmayıb, redaksiyamız tərəfindən rəsmi sorğu da göndərdik. Sakinlərin verdiyi məlumatları yazılı şəkildə sözügedən idarəyə bildirdik. Ertəsi gün Əhliman Kərimov özü bizə zəng etdi. Bizi tanımadığı üçün elə cavab verdiyini, amma, artıq kim olduğumuzu bildiyini dedi və bizi biraz öydükdən sonra, görüşmək təklif etdi. Biz də öz növbəmizdə hər hansı əlavə fikri varsa, buyurub redaksiyamıza gələ biləcəyini diqqətinə çatdırdıq.

Amma, Əhliman Kərimovun niyyəti sən demə başqa imiş. "Yol uzaqdır, gələ bilmirəm"- deyib, bizdən ona plastik bank kartımızın seriyası göndərməyimizi istədi. Dediyinə görə bizə "kontur pulu" göndərmək istəyirdi.

Necə deyərlər, "üzrü qəbahətindən böyük". Qanunsuz əməlləri barəsində məlumatlar yayımlamayaq deyə, rüşvət təklifi.

Qeyd: Yeri gəlmi.kən rəsmi sorğu tələb edən Əhliman Kərimov ötən ayın - yəni noyabrın 25-də göndərdiyimiz sorğunu bugünə qədər də cavablandırmayıb.

Qeyd edək ki, Əhliman Kərimov bundan əvvəl Kürdəmir rayonunda çalışıb. Korrupsiya və işində yol verdiyi ciddi nöqsanlara görə işdən azad edilib. Lakin, sonra hansısa "sehirli bir əl" onu gətirib Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi kürsüsündə əyləşdirib.

Özü də, sakinlər deyir bu hələ hamısı deyil.

Odur ki, mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO