kanal1

“Qonşularım olmasa, acından ölərik” - Zaqataladan MÜRACİƏT

Tarix:25-11-2022, 12:12
Baxış Sayı:16

“Qonşularım olmasa, acından ölərik” - Zaqataladan MÜRACİƏT


“Gəlib baxdılar, dedilər, pay torpağınız, fındıq tingləriniz var. Dedim, onlar təzə əkilib, hələ heç bar verməyib. Üstəlik, o ağacları suvarmağa su da yoxdur. Əkmişik, quruyub əldən gedir. Getdilər, bir müddətdən sonra ünvanlı sosial yardım təyin edilməsindən imtina cavabı göndərdilər”.

ictimailider.az bildirir ki, bunu Meydan TV-yə Zaqatalanın Bəhmətli kənd sakini İlahə Həsənova deyir.

“Qonşularım olmasa, acından ölərik”

Ailə başçısı Rəşad Hüseynov xəstəlik səbəbindən əmək fəaliyyəti ilə məşğul ola bilmir. İlahə xanım həm ona, həm də daim sağlamlıqlarında problemlər olan övladlarına baxır deyə, o da işləyə bilmir. Nəticədə ailə maddi böhran keçirir, dolanışığa qonşular yardımçı olur. İlahə xanım deyir, nə yaxşı ki, onlar var:
“Qonşularım olmasa, acından ölərik. Hamı bir-birini dolandırır. Dövlət baba əlini qoyub əlinin üstünə, tamaşa edir. Gözləyir ki, qonşunun, qohumun çörəyi ilə, geyimi ilə böyüyən iki övladım 18 yaşına çatsın, gəlib, əlimdən alıb aparıb, odun içərsinə atsın, sonra da gətirib tabutunu qapıya qoyub, qaçsın”.

İlahə xanım imkan tapan kimi Zaqatalanın fındıq sovxozlarına gedir, fındıq toplayır. Ancaq bu da həmişə olmur:
“Mövsümi işdir, bir ay, iki ay… Qazanc da aylıq 150-180 manat arası olur. Pulu ordan alıb yığılan işığın, odunun borcunu qaytarıram. Daimi işləmək imkanım yoxdur, həyat yoldaşım sərbəst hərəkət edə bilmir, uşaqlarsa biri 6, o biri 11-ci sinifdədir.

“Sənəd toplamaqdan cana doymuşam”

İlahə xanımın sözlərinə görə, həyat yoldaşının xəstəlik sənədlərini və lazım olan digər sənədləri təqdim etsələr də, sənədlərin müddətinin ötdüyünü səbəb gətirərək özlərinə qaytarıblar:
“Sənədi toplayırsan, o qədər ləngidirlər ki, sonra da atırlar üstünə ki, vaxtı keçib, get təzələ… Sonra yenə aylarla o həkimdən keç, bu həkimdən keç, zülmlə sənəd toplamağa başlayırsan, nəticədə yenə də eyni şey baş verir”.

Ailə ünvanlı sosial yardım üçün də müraciət edib. Oxşar münasibətlə üzləşib. Xanımın deməsinə görə, hər dəfə bir ətək sənəd toplayıb, nəticədə həyat yoldaşının adına olan pay torpağı və üzərindəki fındıq tingləri səbəb gətirilərək ünvanlı sosial yardımın təyin olunmasından imtina cavabı verilib:
“O pay torpağının bizə heç bir faydası yoxdur. Ora heç su da gedib çıxmır. O torpaqda heç vaxt əkin işləri aparılmayıb, dediyim kimi, elə bir yerdədir ki, su yoxdur. Bircə bu yaxınlarda tinglər əkdik, onlar da quruyub əldən çıxır”.

İlahə Həsənova həm həyat yoldaşının əlillik təyinatı, həm də ünvanlı sosial yardım üçün sənəd toplamaqdan və hər dəfə imtina cavabı almaqdan cana doyduğunu deyir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Meydan TV-yə bildirilib ki, Rəşad Hüseynovun sənədləri qəbul edilib və qiymətləndirmə aparılır. Nəticəsi barədə vətəndaşa məlumat veriləcək.

100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə
ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi