kanal1

Əməkdar artist: “Haqsızlıqları görüb, oxumağım gəlmir” - ÖZƏL

Tarix:20-05-2020, 12:03
Baxış Sayı:68

Əməkdar artist: “Haqsızlıqları görüb, oxumağım gəlmir” - ÖZƏL“Novruz bayramı ilə əlaqədər mən ABŞ-a getməli idim. Orada özəl gecədə çıxışım olacaqdı. Amma koronavirus pandemiyası ilə bağlı hər şey təxirə düşdü”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Firuzə İbadova deyib.

Sənətçi efirlərə çıxmamasının səbəbini belə izah edib:



“Karantindən öncə çoxlu verilişlərə qatıldım. Heç kimi qırmadım. Telekanallar karantində çox zəng edib, verilişlərinə çağırdılar. Amma getmədim. Çünki haqsızlıqları görüb, oxumağım gəlmir”.

“Hələ də ev problemim qalmaqdadır” deyən sənətçi məsələyə belə münasibət bildirib:

“İnanın ki, təkcə mənim yox, bir çox sənət yoldaşlarımın mənzil problemləri var. Mədəniyyət Nazirliyinə dəfələrlə mənzil problemi ilə əlaqədər müraciət ünvanlamışam. Yazdığım məktublara isə “araşdırırıq” deyib, məsələnin üstündən keçirlər. Mədəniyyət Nazirliyinin nəyi araşdırdığını anlamıram.

Ümidim dövlətimədir. Sənətdə kimin haqqı varsa, haqqını alsın. Haqsızlar isə yox. Şikayətim təkcə budur. 50 ildir ki, bu sənətə ömrümü həsr etmişəm. Mənim də haqqım var. Sənətim mənim sübutumdur. Sənətkarların maddi durumu, mənzil problemləri ilə Mədəniyyət Nazirliyi maraqlanmalıdır”.

F.İbadova maddi baxımdan vəziyyətinin yaxşı olmadığını və çətinlik çəkdiyini bildirib:

“1992-ci ilə kimi saysız-hesabsız solo konsertlər vermişəm. Müharibə gedə-gedə əsgərlərimiz üçün konsertlər vermişəm. Düşmən güllə atırdı, biz isə əks tərəfdə çıxış edirdik. 50 ildir ki, oxuyuram. Daha nə qədər oxumalıyam? Haqqımı istəyirəm. İllər öncə mən toylardan deyil, getdiyim qastrol səfərlərindən qazanmışam.

Dəyərli dəyərini zamanında almalıdır. Öləndən sonra veriləcək mükafat nəyimə lazımdır? Sağlığında sənətkarın qiyməti verilməlidir.

Sənət adamı tez sınır, tez solur. Söhbət əsl sənət fədailərindən gedir, “üç badam, bir qoz” oxuyanlardan yox. Əgər biz susub, danışmırıqsa, bu bizim kübarlığımızdan irəli gəlir.

Toy müğənnisi deyiləm, olmamışam da. Azərbaycan televiziyasının qızıl fondunda çoxlu sayda çıxışlarım var. Sənətim göz qabağındadır. Amma bunları Mədəniyyət Nazirliyi nədənsə görmür. 100 manat “Əməkdar artist” fəxri adına görə, 230 manat da yaşıma görə pensiya alıram. 330 manatla indiki zamanda dolanmaq olar? Çox çətindir. Evimdə nələr varsa, onları satacağam və satdığımı yeyəcəyəm. Sonra da bilmirəm...”

Şirvanda YAP-ın təsis olunmasının 32-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Şirvanda YAP-ın təsis olunmasının 32-ci ildönümünə həsr edilən tədbir keçirilib.
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə
ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...