ictimailider.az
“Brent” neftinin qiyməti 27 ABŞ dollarından yuxarı qalxıb
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
“Report” xəbər verir ki, bunu hərracların nəticələri göstərir.
Belə ki, Bakı vaxtı ilə saat 04:15-ə olan duruma görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 4,15% artaraq bir barel üçün 27,58 ABŞ dollarına çatıb.
WTI markalı yüngül neftin iyul fyuçerslərinin qiyməti isə 6,16% artaraq bir barelə görə 20 ABŞ dolları təşkil edib.