kanal1

Rusiya XİN sözçüsü ilə müxalifət lideri arasında debat olacaq

Tarix:1-05-2020, 11:25
Baxış Sayı:50

ictimailider.az

Rusiya XİN sözçüsü ilə müxalifət lideri arasında debat olacaq



Rusiya XİN sözçüsü ilə müxalifət lideri arasında debat olacaqRusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova müxalifət lideri, “Korrupsiyaya Qarşı Mübarizə Fondu” təşkilatının rəhbəri Aleksey Navalnını debata çağırıb.

“Report” xəbər verir ki, bunu M.Zaxarova öz “Facebook” səhifəsində yazıb.

“Yoldaş Navalnı, araşdırmağa oliqarxlarınız bitdi? Hə, Aleksey Anatolyeviç, danışığa hazırsanmı? Nitqlər və vəkillərin arxasında gizlənə biləcəyin məhkəmədə deyil, onlayn. Axı qorxacaq”, - M.Zaxarova yazıb.

Müxalifət liderinin isə cavabı gecikməyib. XİN sözçüsünün statusu yazmasından 29 dəqiqə sonra A.Navalnı dəvəti qəbul etdiyini açıqlayıb:

“Əziz Mariya Zaxarova, siz, deyəsən, məni “Vahid Rusiya”dakı rəhbərlərinizlə səhv salırsınız. Başda Putin olmaqla onlar illərdir ki, debatlardan qaçır və öncədən hazır olmayan suallara cavab vermək iqtidarında deyillər. Adi halda mən sizə əhəmiyyət verməzdim – siz sadəcə informasiya nökərisiniz. Siz həm ölkəmizi, həm də XİN-i biabır edirsiniz. Ona görə də istər sabah, istər bizim “Zoom” kanalımızda, istər sizin “Instagram”da, istər mənim “Instagram”ımda, istər aparıcı ilə, istərsə də onsuz – mənim üçün həqiqəti söyləmək asan və xoşdur”, - A.Navalnı “Facebook”da XİN sözçüsünün dəvətini qəbul edib.

Debat bu gün Bakı vaxtilə saat 18.00-da “Navalny Live” “Youtube” kanalında baş tutacaq.

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı