kanal1

"Dərəçiçək" MTK-nın `ÇİÇƏYİNİ KİMLƏR DƏRİR`? - Vətəndaşlar CANA DOYUB

Tarix:19-10-2022, 09:24
Baxış Sayı:18

"Dərəçiçək" MTK-nın `ÇİÇƏYİNİ KİMLƏR DƏRİR`? - Vətəndaşlar CANA DOYUB


Biz bir media olaraq bütün araşdırma yazılarımızda təkcə problemləri sadalamaqla kifayətlənmirik. Və daha çox çalışırıq ki, problemin yaranma səbəblərini ortaya qoyaq, vətəndaşlara məsələ ilə bağlı hüquqi bilgilər verək. Ki, aldadılan vətəndaşlarımız az olsun, vətəndaşlar öz hüquqlarını müdafiə edə bilsin və s.
Ona görə də Mənzil-Tikinti Kooperativləri ( MTK) ilə bağlı oxucularımıza qısa bir bilgi verək. Mənzil-Tikinti Kooperativləri nədir?
Mənzil-Tikinti Kooperativləri fiziki və hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyidir. Mənzil-Tikinti Kooperativləri istehlak kooperativləri olmaqla, üzvləri əmlak pay haqları hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və müəyyən dövr ərzində binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsində iştirak edirlər. Mənzil-Tikinti Kooperativlərindən mənzil alarkən alıcı nələrə diqqət etməlidir?
Alıcı ilə kooperativ arasında müqavilə imzalanarkən:
1. Alıcı, kooperativin ortaq (assosiativ) üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış tələb etməli;
2. Kooperativin müqaviləsini imzalayacaq vəzifəli şəxsin koopertivə məxsus əmlakı satmaq səlahiyyətinə malik olub-olmamasını aydınlaşdırmalı;
3. Alıcı almaq istədiyi mənzilin məhz müqavilədə göstərilən ünvanda, mərtəbədə, dəyərini ödədikləri ölçülərə uyğun gələn və qeyd edilən kooperativə məxsus binada mənzil olduğuna tam əmin olmalı;
4. Müqavilədə mənzilin nə zaman və necə vəziyyətdə tikilib təhvil veriləcəyi göstərilməli;
5. Alıcı, mənzilin ödənişinin və borcunun olub-olmaması haqqında maliyyə arayışı tələb etməli;
6. Müqavilə üzrə ödənməli vəsaitlər kooperativin bank hesabına ödənməli, faktiki ödədikləri məbləğin müqavilədə və mühasibat sənədlərində tam əks etdirilməsini tələb etməli;
7. Mənzilin yerləşdiyi binanın tikinti obyektlərini dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunub – olunmadığı araşdırılmalıdır. Çünki binanın istismara təhvil verilməməsi həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsini qeyri-mümkün edir.
Nəticədə alıcı unutmamalıdır ki, kooperativin səlahiyyətli və tam hüquqlu üzvü (payçısı) olaraq tikinti bitdikdən sonra kooperativdən razılaşdırılmış mənzili almaq və ya tələb etmək hüququ var. Bəli, bu qısa bilgidən sonra keçək əsas problemə.
Redaksiyamıza müraciət edən payçı Yasamal rayonu, Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən “Dərəçiçək” MTK-nın payçıların başına açdığı oyunlardan şikayət etdi. Şikayətçinin dediyindən bəlli oldu ki, MTK yuxarıdakı ünvanda 2009-cu ildən bina tikməyə başlayıb. Və bizə müraciət edən vətəndaş həmin ünvanda mənzil almaq üçün müqavilə bağlayaraq 98 min ABŞ dolları və 80 min AZN pul keçirib. Vətəndaşın bizə təqdim etdiyi MALİYYƏ ARAYIŞINDAN görünür ki, pulun keçirilməsi ilə bağlı sənədi MTK-nın direktoru Əhmədov.S.R öz möhürü ilə təsdiq edib.
Bəli, sənədlərdən görünür ki, vətəndaş binadan 3 otaqlı, sahəsi 133, 5 kv.m mənzil almaq üçün 93 min 450 manat pul keçirib. Yəni adi hesabdan da görünür ki, 93450: 133.5 təxminən 700 manat. Yəni 1 kv metr mənzil 700 manata satılır. Ancaq əslində bu binada mənzilin 1 kv.m 170 manata başa gəlir. İkinci sənəddən bəlli olur ki, vətəndaş həmin binadan 2 otaqlı 93.5 kv.m sahəsi olan mənzili almaq üçün 65 min 450 manat pul köçürüb. Yenə 65000: 93.5 = 700 manat. Yəni yenə 1 kv.m-in qiyməti 700 manatdır. Bu mənzil üçün də MTK-nın direktoru Əhmədov.S.R-in verdiyi maliyyə arayışından bəlli olur ki, payçı pulunu tam köçürüb.
Bəs yaxşı 13 il əvvəl pulunu köçürmüş, əlində bütün sənədləri olan vətəndaş niyə qanuni mənzillərinə sahib ola bilmir..?
Bəli olur ki, MTK rəhbərliyi mənizlləri başqa birinə satıb. Və vətəndaşa deyir ki, yeni bina tikəcəyik orada sizə mənzil verəcəm. Bəli, bu gün MTK-ların payçıları aldatması, bir mənzili bir neçə nəfərə satması az qala adi hal olub. Və ən dəhşətlisi odur ki, bəzi hüquq-mühafizə orqanları, məhkəmə hakimləri belə dələduz MTK rəhbərlərinə himayədarlıq edirlər.
Sözün düzü araşdırma zamanı sənədlərə imza atan Əhmədov.S.R-in kimliyini müəyyən edə bilmədik. Amma şikayətçilərin adını çox çəkdiyi və MTK-ya faktiki rəhbərlik edən Rauf Əliyevlə bağlı bəzi məlumatları dəqiqləşdirə bildik. Rauf Əliyev vaxtilə “Qosstandart” deyilən qurumda rəhbər vəzifədə çalışıb. Və hazırda tikinti biznesi ilə məşğul olur. Rauf Əliyev təkcə bir mənzili bir neçə nəfərə satmaqla kifayətlənmir. Həm də satılan mənzillər təmirsiz olur, binada liftlər işləmir və s. Binanın qaz, su xətləri işləmir, sakinlər özləri kommunal xətləri çəkiblər. “Dərəçiçək” MTK şirkətinin rəhbəri Rauf Əliyev hər dəfə problemlərin yaxın zamanda həll olunacağını desə də, illərdir bir irəliləyiş yoxdur. Payçıların çoxu vaxtilə ödənişi ABŞ dolları ilə etdiklərini və son 10 ildə manatın məzənnəsinin necə dəyişdiyini deyərək, bu illər ərzində nə qədər ziyana düşdüklərini bildirirlər. Bəzi payçılar pullarını geri tələb edirlər.
Görəsən pul qaytarılsa, hansı kursla qaytarılacaq..? 2022-ci il, yoxsa 2009-cu il kursu ilə..?
Sözün qısası, Dərəçiçək MTK-nın sahibi Rauf Əliyev həbs olunmasa, problemlər həll olunan deyil. //gundelik-baku.com

100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə
ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi