kanal1

"GəncəBank"ın sabiq rəhbəri İTTİHAM OLUNUR... - TƏFƏRRÜAT

Tarix:30-09-2022, 11:25
Baxış Sayı:15

"GəncəBank"ın sabiq rəhbəri İTTİHAM OLUNUR... - TƏFƏRRÜAT


11.09.2015-ci ildə “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzovanın Natalya Kərimovaya məxsus əmlakları özününküləşdirməsi haqda yazmışdıq. Belə əmlaklardan biri də Natalya Kərimovanın mənzili olub. P.Novruzovanın təhdidləri ilə üz-üzə qalan N.Kərimova Azərbaycanı tərk edəndən 5 il sonra “Gəncəbank” rəhbəri Kəpəz Rayon Məhkəməsinə müraciət edib. İddiasında göstərib ki, N.Kərimova ondan 30 min dollar borc alıb və qaytara bilmir. Məhkəmədən xahiş edib ki, borcun əvəzinə N.Kərimovanın Gəncədəki mənzilinin onun adına rəsmiləşdirilməsi haqda qətnamə çıxarılsın. 2006-cı ildə baş tutan prosesdə P.Novruzovanın iddiası təmin olunub.
N.Kərimovanın vəkili Əziz Qənbərov qəzetimizə açıqlamasında deyib ki, həmin qətnamə saxta şahidlərin ifadələri əsasında çıxarılıb: “Natalya Kərimova Pərvanə Novruzovanın təqiblərinə görə uzun illər ölkə xaricində yaşayıb. Bu illər ərzində ölkəyə qayıda bilməyib. Azərbaycanda aparılan ardıcıl islahatlar Natalya Kərimovanın ölkəyə dönərək qanunlara uyğun şəkildə ondan zorakılıqla alınan əmlakları ilə bağlı məhkəmələrdə dava açmağına imkan verib. Biz Natalya Kərimovanın mənzilinin qanunsuzluqla Pərvanə Novruzovanın adına keçirilməsi haqda qətnamədən apelyasiya şikayəti vermişik. Həmin qətnamə saxta şahidlərin ifadələrinə əsaslanır. Ortada borc müqaviləsi də yoxdur. Sentyabrın 11-də Gəncə Apelyasiya Məhkəməsində hakim Azər Bayramovun sədrliyi ilə şikayətə baxılacaq. İnanırıq ki, həmin qətnamə qanunsuz və əsassız olduğuna görə ləğv olunacaq, haqq-ədalət bərpa ediləcək”
Belə də olur.Gəncə Apeliyasiya Məhkəməsi Kəpəz Rayon Məhkəməsinin çıxarmış olduğu ədalətsiz qətanaməsini ləğv edərək vətəndaşın əmlakını geri qaytarıb.
Hazırda belə anoloji vəziyyət Gəncə Kommersiya Məhkəməsində də baş verib.

Belə ki, P.Novruzova indi də saxta texniki pasportla öz doğma qardaşına məxsus olan Gəncədəki Yanacaq Doldurma Məntəqəsini ələ keçirmək istəyir.
Göygöl sakini Məmmədəli Novruzov “kanal24”-ə müsahibəsində saxta sənədlərə istinad edərək qətnamə çıxarmış olan hakimləri və bacısı Pərvanə Novruzovanı ittiham edir.

Həm də M.Novruzov Gəncə Kommersiya Məhkəməsinin çıxarmış olduğu qətnamənin ləğv edilməsi üçün Gəncə Apeliyasiya Məhkəməsinə şikayət etdiyini bildirib.

Həmin video-şikayəti təqdim edirik:

Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO