kanal1

MƏDƏNİYYƏT NAZİRLİYİ GÖYÇAYDA MÜƏLLİMLƏRƏ TƏZYİQLƏRƏ BAŞLADI – QALMAQAL SƏNGİMİR…

Tarix:10-09-2022, 15:47
Baxış Sayı:40

MƏDƏNİYYƏT NAZİRLİYİ GÖYÇAYDA MÜƏLLİMLƏRƏ TƏZYİQLƏRƏ BAŞLADI – QALMAQAL SƏNGİMİR…


Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədovun orta təhsilli, musiqi və pedaqoji anlayışı zəif olan Günay Hacıyevanı Göyçay musiqi məktəbinə direktor təyin erməsi böyük etirazla qarşılanıb. Göyçayda müəllim heyəti ayağa qalxaraq Ağdaşdan direktorun gətirilməsini qəbul etməyib. Bu haqda TİA.Az-a verilən xəbərə görə, müəllimlər yerli və savadlı kadrın direktor təyin olunmasını tələb edirlər. Onların sözlərinə görə, Göyçayda Asəf Zeynallı adına musiqi kollecini bitirən kifayət qədər təhsilli kadrlar olduğu halda, Ağdaşdan G. Hacıyevanın təyinatı başadüşülən deyil. Məlumata görə, artıq Mədəniyyət Nazirliyi kollektivə təzyiq etməyə başlayıb, məktəbə kameralar quraşdırılıb, işə polis belə qarışıb, iddialara görə, müəllimlərə məcburi izahat yazdırılır ki, , mübarizədən geri çəkilsinlər. Bildirək ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimi kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Kollektiv qeyd edir ki, yeni təyin olunan direktor Günay Hacıyeva Şəki Musiqi Kollecini bitirib, onun idarəetmə bacarığı aşağı səviyyədədir. Göyçay Uşaq Musiqi Məktəbində uzun illər fəaliyyət göstərən ali təhsilli musiqi müəllimləri çalışır, onların kifayət qədər idarəetmə bacarığı var.
Səxavət Məmmədov regional idarənin nümayəndələrindən ibarət komissiyanın hazırda həmin məktəbə göndərildiyini, məsələnin araşdırılacağını, günün ikinci yarısında isə özü də məktəbə gedərək kollektivlə yenidən görüşəcəyini bildirib. Lakin görünən budur ki, problem həll olunmayıb, kollektiv etiraz edir, Mədəniyyət Nazirliyi isə onlara təzyiq göstərməyə başlayıb.

TİA.Az

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı