kanal1

Ən yaxşı həkim, ən çox ümidi ilhamlandırır

Tarix:5-09-2022, 13:57
Baxış Sayı:145

Ən yaxşı həkim, ən çox ümidi ilhamlandırır

Gələcəyini insanların sağlamlığı və həyatı üçün qalın kitablar arasında keçirən, yeni məlumatlar öyrənərək həyat qurtarmağa çalışan həkimlər ölkəmiz və dünya üçün ən dəyərli insanlardır.

Həyatda saysız yaradılış aləmi üçün saysız nemətlər var ki, onlardan da ən əziz və dəyərli olanı sağlamlıqdır. Çünki sağlam can olmadan digər nemətləri əldə edib, müvəqqəti də olsa onlara sahib olmaq mümkün deyil. Elə buna görə də bu dünyada hər bir kəs sağlam və uzun ömür yaşamaq istəyir. Lakin hər zaman da sağlam qalmaq olmur. İstər-istəməz insan müəyyən səbəblərdən xəstə olur, sağlamlığının qeydinə qala bilmir. Bu vaxt da insana ilk növbədə həkim yardım edir. Çünki əhalinin sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin çox böyük rolu var. Bunun üçün ilk öncə həkimlərin etik davranış qaydaları vacibdir, həkim xəstə ilə nə qədər qarşılıqlı səmimi münasibətlər yaradarsa müalicə prosesində də bir o qədər uğur əldə edilər. Axı ən yaxşı həkim, ən çox ümidi ilhamlandırır.

Həkim öz vəzifəsini xəstənin yaşından, cinsindən, irqindən, sosial vəziyyətindən, dini əqidəsindən, siyasi baxışlarından, milliyətindən, vətəndaşlığından, hətta maddi vəziyyətindən asılı olmayaraq yerinə yetirməlidir. Həmçinin həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Buna görə də həkim tibb elminin ən son nailiyyətlərindən istifadə edərək öz bilik və bacarıqlarını daim təkmilləşdirməlidir. İnsan xəstə olan zaman ona ən yaxın şəxs həkim olur. Buna görə ki, həkim xəstəni müayinə edir, diaqnoz qoyur, xəstəliklə bağlı müşahidələr aparır. Bilirik ki, hər bir insan xəstələnən zaman çox həssas, çox kövrək olur, belə olanda da xəstə qayğıya, hər hansı bir xoş sözə ehtiyac duyur, hətta ona qulluq edən tibb bacısından belə diqqət və mülayim rəftar gözləyir. Elə bu səbəbdən də tibb bacısı mehriban və nəzakətli olmalı, hərəkətlərinə eyni zamanda danışığına fikir verməlidir. Çünki mehriban rəftar və xoş təbəssüm tibb bacısının xəstələrə olan qayğısının simvoludur. Bir sözlə həkim və tibb bacısı xəstə ilə elə ünsiyyət qurmalıdırlar ki, xəstə ümidsizliyə qapılmasın, əksinə yaşamaq ümidi artsın. Məhz bu səbəbdən həkim və tibb bacısının xəstə ilə ünsiyyəti xəstənin sağalmağa inamını artırır.

Həkimin insaflılığı, etibarlılığı, xəstəyə fərdi yanaşması, onun psixoloji xüsusiyyətlərini nəzərə alması xəstələrin müalicə və diaqnostikasında kliniki və deontoloji əsaslandırması konfidensiallığı müalicənin mühüm şərtləri sırasındadır. Həmçinin həkimin sənətinə vicdanla yanaşması da çox mühüm məsələlərdəndir. Çünki yaxşı həkim olmağın yolları ilk növbədə yaxşı insan olmaqdan keçir. Həm yaxşı, həm də vicdanlı insanlıq və əsl peşəkar həkim xüsusiyyətlərini özündə birləşdirən şəxslərdən biri də Sabunçu 3 Saylı Şəhər Klinik xəstəxanasının baş həkimi Fikrət Zeynalovdur. Fikrət Zeynalov vicdanlı və peşəsini sevən bir insandır.
Fikrət Zeynalov özünün savadı və biliyi eyni zamanda alicənablığı ilə əsl insanlığa nümunə olan şəxslərdəndir.
Bildiyimiz kimi tibb sahəsində çalışan hər kəs həyatlarını, ailələrini və yaxınlarını bir kənara qoyub gecə-gündüz demədən, 24 saat ərzində böyük əzm və sədaqətlə çalışır. Həmin o həkimlərdən biri də öz işini çox böyük əzmlə yerinə yetirən, işinin bilicisi olan Sabunçu 3 Saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalovdur.

Təbii ki, belə bir vicdanlı, peşəsini sevən baş həkimi olan xəstəxananın həkim heyəti və kollektivi də bütün xəsətələri üçün əllərindən gələni edirlər, hər cür köməkliyi göstərməyə can atırlar. Sabunçu 3 Saylı Şəhər Klinik Xəstəxanasında həkimlər xəstələrə o qədər yaxşı xidmət göstərirlər ki, elə xəstələr həkimlərin onlara söylədiyi xoş söz, nəzakətli və mülayim rəftarlarından ferahlıq tapırlar, yaşamaq həvəsləri artır. Həyata daha da çox bağlanırlar. Və onu da qeyd etmək lazımdır ki, bütün iş prinsiplərinə riayət edən bacarıqlı tibb işçiləri xəstələr tərəfindən daim sevilir. Sabunçu 3 Saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov da həm insani xüsusiyyətləri özündə cəmləşdirdiyinə, həm də bütün iş prinsiplərinə riayət edən bacarıqlı tibb işçisi olduğuna görə çox sevilir. Tarixdə həmişə öz yeri olan və hamımız üçün ən dəyərli olan həkimlik peşəsi çox məsuliyyətli və zəhmət tələb edən bir peşədir. Sabunçu 3 Saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov da həm insani xüsusiyyətləri özündə cəmləşdirdiyinə, həm də bu məsuliyyət və bir o qədər də zəhmət tələb edən peşəyə yiyələnərək öz işini layiqincə yerinə yetirdiyinə, eyni zamanda bütün iş prinsiplərinə riayət edən bacarıqlı tibb işçisi olduğuna görə çox sevilir.

Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO