kanal1

Koronavirusun daha bir simptomu aşkarlandı

Tarix:24-04-2020, 18:28
Baxış Sayı:34

ictimailider.az

Koronavirusun daha bir simptomu aşkarlandı


Koronavirusun daha bir simptomu aşkarlandı
ABŞ həkimləri koronavirusun ayaq barmaqlarının göy və ya bənövşəyi rəng almasına səbəb olduğunu müəyyən edib.

Pensilvaniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Ebbinq Lautenbax ləkələrin barmaqlara toxunduqda yanma və ağrılarla müşayiət olunduğunu bildirib.

Alimlərin sözlərinə görə, bu simptom həm kəskin tənəffüs çatışmazlığı sindromu olan ağır xəstələrdə, həm də xəstəliyi asimptomatik keçirən gənc xəstələrdə və o cümlədən uşaqlarda müşahidə olunur. Bununla yanaşı simptomun xəstəliyin ən erkən mərhələlərində, testin neqativ nəticə verə biləcəyi zaman göründüyü bildirilib.

Lautenbax qeyd edib ki, göy barmaqlar infeksiyaya qarşı yerli bir iltihab reaksiyası və ya qan damarlarının tıxanmasından qaynaqlana bilər. Massaçusets xəstəxanasının təcili yardım xidmətinin direktoru Suzan Uilkoks bildirib ki, bu simptomlar qripin ağır forması və ya virus pnevmoniyasından əziyyət çəkən xəstələrdə müşahidə olunur.

Qeyd edək ki, dünya üzrə koronavirusa 2,734,102 insan yoluxub, 191,189 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib.

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı