kanal1

Bakıda ictimai nəqliyyatdan istifadə edənlərin sayında artım müşahidə olunur

Tarix:24-04-2020, 15:35
Baxış Sayı:28

ictimailider.az

Bakıda ictimai nəqliyyatdan istifadə edənlərin sayında artım müşahidə olunur


Bakıda ictimai nəqliyyatdan istifadə edənlərin sayında artım müşahidə olunur

Ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, Bakıda ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayında artım müşahidə olunur.

XeberOxu.Az-ın məlumatına görə, Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

O qeyd edib ki, sərnişinlərin sayında artım əsasən pik saatlarda olur:

"İlk olaraq xatırladım ki, hazırda xüsusi karantin rejimidir və bu vəziyyətdə sərnişindaşımalar da rejimin qaydalarına uyğun təşkil edilir. Sərnişinlərimizdən də xahiş edirik ki, bunu məhz bu cür qəbul edib və buna uyğun hərəkət etsinlər. Gündəlik istər müntəzəm, istərsə də ekspres xətlər üzrə sərnişindaşıma prosesinə yetərincə avtobus cəlb edilir. Hətta ekspres xətlər üzrə əlavə 100-ə yaxın ehtiyat avtobus da daha çox tələbatın olduğu ərazilərə toplanılır və zərurət olduqda xəttə çıxır. Lakin aparılan müşahidələr də onu göstərir ki, sərnişin axını hər ötən gün artır. Hazırda gündəlik daşınan sərnişin sayı 550-600 min arasında dəyişir. Daha çox sərnişin axını səhər və axşam saatlarında müşahidə olunur. Günorta saatlarında isə avtobuslar demək olar ki, boş hərəkət edirlər".

M.Ağayev bildirib ki, bu cür epidemik durumda sərnişindaşımanın ayaqda saxlanılması baxımından avtobuslar fasiləsiz fəaliyyət göstərir:

"Qarşıya çıxan çətinliklərə baxmayaraq, bütün qüvvə və səylərimizi ona səfərbər etmişik ki, avtobuslar dayanmadan fəaliyyət göstərsin. Bunu etməkdə də əsas məqsədimiz həyat əhəmiyyətli sahələrdə çalışan vətəndaşlarımızı nəqliyyat xidmətləri ilə təmin etməkdir. Bu gün nəqliyyat sektorunda çalışan minlərlə əməkdaş bu məqsəd üçün dayanmadan çalışırlar".

BNA rəsmisi deyib ki, gündəlik olaraq ərazilər üzrə aparılan müşahidələr onu göstərir ki, bəzi vətəndaşlar karantin rejimi qaydalarına əməl etmir və ya müvafiq icazələri məhz səhər saatlarında alırlar. Bu da öz növbəsində əlavə çətinliklər yaradır.

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı