Milliinfoz.az
Gürcüstanda yanacaq satışı 40% azalıb
23 Aprel, 2020 13:31

Ötən ay Gürcüstanda yanacaq satışı 40% aşağı düşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinidən bildirilib.
Buna səbəb koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq olunan qadağa və məhdudiyyətlərdir.
Aprel ayı üzrə benzin və dizelin istehlak göstəricilərinin aylıq müqayisədə daha da azalacağı proqnoz olunur.
Qeyd edək ki, qonşu ölkədə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aprelin 17-dən 27-dək minik avtomobilləri ilə hərəkət qadağan olunub.