kanal1

Vüqar Bayramov: Vergi güzəştləri postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir

Tarix:23-04-2020, 12:50
Baxış Sayı:35

ictimailider.az

Vüqar Bayramov: Vergi güzəştləri postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir


Vüqar Bayramov: Vergi güzəştləri postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir

"Vergi güzəştləri postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir".

Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən təsdiq edilən iqtisadi paketlə həm pandemiya, həm də postpandemiya dövründə sahibkarların dəstəklənməsi nəzərdə tutulur. Bu baxımdan vergi güzəştləri həm pandemiya, həm də postpandemiya dövründə sahibkarlara bu cür güzəştlərdən istifadə etməklə, həm xərclərini minimumlaşdırmaq, həm də iqtisadi aktivliyi daha qısa zamanda bərpa etmək imkanı verəcək:

"Güzəştlər mikromüəssisələr də daxil olmaqla, praktik olaraq, bütün sahibkarlıq subyektlərini əhatə edir. Sadələşdirilmiş vergi subyektləri üzrə vergi dərəcələrinin iki dəfə azaldılması həyata keçirilir. Eləcə də sahibkarlar üçün mənfəət və gəlir vergisinin 75%-lik güzəşt tətbiq edilib. Digər tərəfdən, torpaq və əmlak vergisində müddətli güzəştlər var. Praktik olaraq, güzəştlərin strukturuna və miqyasına diqqət yetirəndə birmənalı şəkildə qeyd etmək olar ki, bu güzəştlər sahibkarların postpandemiya dövründə öz fəaliyyətlərini daha qısa zamanda bərpa etməsinə imkan verəcək".

V. Bayramov vurğulayıb ki, burada əsas məqsəd iqtisadi aktivliyin daha qısa zamanda əldə edilməsinə nail olmaqdan ibarətdir:

"Vergi güzəştləri əslində dövlətin dolayı maliyyə dəstəyi kimi də qiymətləndirilir. Çünki bu zaman artıq sahibkar hesabladığı vergini büdcəyə ödəmir, öz sərəncamında saxlayır. Bu da onun fəaliyyətinin genişləndirilməsinə imkan yaradır. Ölkə prezidentinin tapşırığına uyğun olaraq, postpandemiya dövründə sahibkarlar dövlət dəstəyindən daha çox faydalana biləcəklər. Yeni vergi güzəştlərinin təmin edilməsi iqtisadiyyatın leqallaşdırılması və daha liberal iqtisadiyyatın formalaşdırılmasına imkan yaradacaq. Atılan addımlar, tətbiq edilən güzəştlər bu kontekstdə postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir".

Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO