ictimailider.az
Almaniyada koronavirus peyvəndi klinik testlərdən keçdi

Alman Federal Vaksinasiya İnstitutu koronavirusa qarşı peyvəndin klinik testlərdən keçdiyini açıqlayıb.
Peyvənd Almaniyanın “BioNTech” biotexnoloji şirkəti tərəfindən hazırlanıb.
İlk mərhələdə 18-55 yaş arası 200 sağlam insanda sınaqdan keçirilməsi planlaşdırılan vaksinə “BNT162” adı verilib.
Qeyd edək ki, “BNT162” peyvəndi dünyada ilk mərhələ olaraq klinik testlərdən uğurla keçən dördüncü peyvənddir.