kanal1

Neftin qiymətinin düşməsi dolların bahalaşmasına səbəb ola bilərmi?- AÇIQLAMA

Tarix:21-04-2020, 14:42
Baxış Sayı:40

Millinfo.az

Neftin qiymətinin düşməsi dolların bahalaşmasına səbəb ola bilərmi?- AÇIQLAMA


Neftin qiymətinin düşməsi dolların bahalaşmasına səbəb ola bilərmi?- AÇIQLAMA


Xəbər verdiyimiz ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşərək -13,98 ABŞ dollara enib. ABŞ neftinin ucuzlaşması dolların bahalaşmasına səbəb ola bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, dollara sahiblənən ölkənin iqtisadiyyatı dollardan asılı deyil: "Neftə görə dolların qiymətinə hər hansı təhdid gözlənilmir. Təəssüf ki, bu sözləri Azərbaycan manatı üçün demək mümkün deyil. Çünki Azərbaycan dövlət büdcəsinin 70 faizdən çoxu neftdən gələn gəlirlərindən asılıdır. Neftin qiymətini büdcədə 55 dollardan hesablamışıq. Bu o deməkdir ki, biz hər bareli 55 dollara satsaq dövlət büdcəsini doldura biləcəyik. Azərbaycan neftinin qityməti, 14-15 dollar ətrafındadır. 15 dollara satılanda hər bareldə 40 dollar itiririk.Ona görə də devalivasiya gözləniləndir. Lakin devalvasiyada hökumətin siyasətində çıxış yolu kimi görünmür. Çünki devalvasiya o zaman çıxış yolu kimi görünür ki, o maliyyə qaynağı kimi qiymətləndirilə bilsin. Yəni hər il 6-7 milyard neft gəlirləri gəlirdi. Biz o gəlirlər 1.7 manata çevirərək həm dövlət büdcəsini doldururduq, həm də manatın dayanıqlığını qoruyub saxlayırdıq. Lakin indiki vəziyyətdə demək olar ki, ölkəyə ümumiyyətlə neft gəlirləri gəlmir. Əgər biz neftdən 3-4 milyard gəlir əldə etsək o zaman devalvasiya edərək 2 manat və yaxud 2.5 məzənnə ilə əvvəlki gəliri əldə edə bilərik".

Akif Nəsirli vurğulayıb ki, dövlət büdcəsinin 70 faizi neftdən gələn gəlirlərindən formalaşırsa yerdə qalan hissə qeyri-neft sektorunun payına düşür: "Düşünürəm ki, hökuməti büdcəsinə yenidən baxmalıdır. Orada kifayət qədər ixtisar olunacaq xərclər maddələri var. İki böyük xərc maddəsi var. İnvestisiya xərcləri 49 milyard, tikinti xərcləri 4.9 milyard və heç bir təyinatı olmayan sair xərclər də təxminən 4 milyard manata yaxın vəsait edir. Bütün bu xərclər Azərbaycan büdcəsinin təxminən yarısı edir.Düşünürəm ki, bu xərclərin 70-80 faizi korrupsiyanın qurbanı olur. Ona görə də Azərbaycan hökumətinə tövsiyyə edirəm ki, bu xərcləri sıradan çıxarmaqla neftdən gələn gəlirdən də çox vəsaitə qənaət etmiş olarıq. Belə olarsa kiçik büdcə ilə bu ili başa vurub, qeyri-neft sektorunun inkişafına şərait yaratmaq lazımdır. Düşünürəm ki, qeyri-neft sektorunun inkişafı üçün bu il heç bir vəsaitin ayrılmasına ehtiyac yoxdur. Sadəcə qeyri-neft sektorunun qarşısını alan inzibatı, siyasi digər əngəlləri aradan qaldırmaq lazımdır. Bununla da əlində imkanı olan hər bir şəxs sahibkara çevrilə bilər. Bununla da sahibkar ətrafdakılarına dəstək olmaqla yanaşı dövlət büdcəsinə dəstək olmuş olar".

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı