kanal1

Çin və Yaponiya dünyaya xəbərdarlıq etdi: Dünya iqtisadiyyatı İkinci Dünya Müharibəsindən bəri ən ağır böhranla üzləşib Read more: https://sputnik.az/economy/20200420/423701780/Dnya-iqtisadiyyat-n-pis-xbr-n-gcl-bhran-v-byk-qtlq-glir.html

Tarix:20-04-2020, 16:14
Baxış Sayı:50

ictimailider.az

Dünya iqtisadiyyatı üçün pis xəbər: Ən güclü böhran və böyük qıtlıq gəlir


Çin və Yaponiya dünyaya xəbərdarlıq etdi: Dünya iqtisadiyyatı İkinci Dünya Müharibəsindən bəri ən ağır böhranla üzləşib  Read more: https://sputnik.az/economy/20200420/423701780/Dnya-iqtisadiyyat-n-pis-xbr-n-gcl-bhran-v-byk-qtlq-glir.html

Çin və Yaponiya dünyaya xəbərdarlıq etdi: Dünya iqtisadiyyatı İkinci Dünya Müharibəsindən bəri ən ağır böhranla üzləşib.


20 aprel — Sputnik.

Koronavirus pandemiyası beynəlxalq ərzaq ticarətində böyük şok yarada və yeni qlobal ərzaq böhranına səbəb ola bilər. “Daily Sabah” xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı nazirinin müavini Yu Kançjen bildirib.

Qeyd edək ki, pandemiya kənd təsərrüfatı məhsullarının qlobal təchizat zəncirlərini və ticarəti sarsıdıb, eləcə də bəzi ölkələrin əsas taxıl bitkilərinin ixracını məhdudlaşdırmasına və ehtiyat satınalmalarını artırmasına səbəb olub.
"Sürətlə yayılan qlobal epidemiya beynəlxalq kənd təsərrüfatı ticarətinə və bazarlarına böyük qeyri-müəyyənlik gətirib", - Yu Kançjen Çinin kənd təsərrüfatının inkişaf perspektivlərinə həsr olunmuş videokonfrans zamanı bildirib.
"Epidemiya yayılmağa və kəskinləşməyə davam edərsə, onun beynəlxalq ərzaq ticarətinə və istehsalına təsiri mütləq pisləşəcək və bu, ərzaq böhranının yeni mərhələsinə səbəb ola bilər", - o əlavə edib.
Yeni koronavirus səbəbi ilə dünya iqtisadiyyatı İkinci Dünya Müharibəsindən bəri ən ağır böhranla üzləşib.Sputnik Azərbaycan "Kyodo" nəşrinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Xarici İşlər naziri Tosimitsu Motegi deyib.

"Beynəlxalq iqtisadiyyata, həmçinin Yaponiya iqtisadiyyatına təsir son dərəcə ciddidir", - o bildirib.


"Kyodo" agentliyinə məlum olub ki, ölkə böhran əleyhinə tədbirlərə çəkilən xərclərin həcmini 117,1 trilyon yenədək (təxminən 1,09 trilyon dollar) artırmaq niyyətindədir. Bundan əvvəl koronavirus pandemiyası fonunda böhran əleyhinə xərclər paketi 108 trilyon yen həddində təsdiqlənmişdi.

Lakin bəzi yaponiyalı ekspertlər hesab edirlər ki, bu, kifayət etməyəcək və dördüncü rübdə ölkədə işsizlik 2,72 faizə yüksələcək ki, bu da bir il əvvəlkindən 1,56 milyon nəfər çoxdur. Beləliklə, vəziyyət 2008-2009-cu illərin böhranından da pis ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına görə, koronavirusa dünyada 22,4 milyondan çox insan yoluxub, 165 min xəstə ölüb.

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı