kanal1

Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var - FAKTLAR

Tarix:23-05-2022, 22:08
Baxış Sayı:108

Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var - FAKTLAR



"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın rəhbərlik etdiyi və Londonda qeydiyyata alınan “Gazelli International Limited” ötən il üzrə maliyyə hesabatını açıqlayıb. Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, AZAL prezidentinin qızının rəhbərlik etdiyi “Gazelli International Limited” borcu son bir ildə 1,05 milyon funt-sterlinq artaraq 14,31 milyon funt-sterlinqə (30,5 milyon manat) yüksəlib.

Qeyd edək ki, “Gazelli International Limited” şirkəti 17 oktyabr 2007-ci ildə “15 Bury Walk, London, SW3 6QD” ünvanında qeydiyyatdan keçib. Şirkətin Londondakı ofisi də qeyd olunan ünvanda fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, 2009-2011-ci illərdə şirkətə AZAL prezidentinin kiçik qızı Məlahət Əsgərova da rəhbərlik edib. Məlahət Əsgərova Londonda yerləşən “Gazelli International Limited” şirkətinə rəhbərlik edən zaman 22 yaşı olub.

Bundan başqa 2008-ci ildə şirkətə italyan əsilli Britaniya vətəndaşı İgnazio Coraci rəhbərlik edib. İgnazio Coraci AZAL prezidentinin böyük qızı Cəmilə Əsgərovanın həyat yoldaşıdır. İgnazio Coraci hazırda Londonda qeydiyyatda olan “Cargo Invest Limited”, “ASC Handling Limited”, “Aviation Servicing Company Ltd” və “Silkway (UK) Ltd” şirkətlərinə də rəhbərlik edir.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl AZAL-ın 2020-ci il üçün maliyyə hesabatı da açıqlanıb və məlum olub ki, şirkətin yığılmış zərəri 1 milyard 763 milyon 916 min manata çatıb.
Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var - FAKTLAR
Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var - FAKTLAR
Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var - FAKTLAR

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR