kanal1

"Optimal Elektronika"nın satdığı telefon müştərinin əlində partladı - VİDEOFAKT

Tarix:20-05-2022, 17:22
Baxış Sayı:140

"Optimal Elektronika"nın satdığı telefon müştərinin əlində partladı - VİDEOFAKT


"Optimal Elektronika" MMC-nin satdığı telefon müştərinin əlində partlayıb.

ictimailider.az xəbər verir ki, sonxeber.az-a müraciət edən Saatlı rayon sakini Arif İmanov bildirib ki, 2020-ci ilin avqust ayının 1-də "Optimal Elektronika" MMC-nin Saatlı rayon filialından 1 il zəmanətlə aldığım "Samsung Galaxy A11" markalı telefon keyfiyyətsiz çıxıb:

"Aldığım gündən bəri telefondan istifadə edikcə qızdığını gördüm. Bir müddət keçdikdən sonra telefonda barmaq izi tanınması funksiyası işləmədi. Sonuncu gün isə telefonun həddindən artıq qızdığını hiss etdim. Dərhal onu əlimdən yerə atdım. Həmin an telefon alışıb yanmağa başladı. Əgər onu zamanında əlimdən yerə atmasaydım, çox güman ki, özüm də xəsarət alacaqdım. Mən yenidən "Optimal Elektronika" MMC-nin Saatlı rayon filialına gedərək telefonumun yandığını söylədim. Mağazadan mənə yanmış telefonun qalıqlarını gətirməyimi istədilər və bildirdilər ki, 20 gündən sonra servisdən xəbər gələcək.

Telefonu kreditlə götürmüşdüm. Kreditin 262 manatını ödəmişdim. 78 manat borcum qalmışdı. 20 gündən sonra servisdən mənə xəbər gəldi ki, guya mən telefonun yalnız üz və arxa qapağını gətirmişəm.

Zəng etmədiyim yer qalmadı. Hələ utanmaz-utanmaz məndən 78 manat kredit borcunu istəyirlər. 2 ildir ki, şikayət etmədiyim yer qalmayıb. Amma hələ də cavab verən olmayıb. Müvafiq qurumlardan xahiş edirəm ki, mənim şikayətimə baxsınlar.

Ümumiyyətlə, videodan da gördüyünüz kimi, "Optimal Elektronika" MMC insanlara keyfiyyətsiz məhsul sataraq, həm onların cibinə girir, həm də həyatları üçün təhlükə yaradır".

Arif İmanovun bizə göndərdiyi videonu təqdim edirik:

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR