kanal1

Gənc nazirin Kürdəmirdən XƏBƏRİ VARMI? - İLGİNC FAKTLAR

Tarix:20-05-2022, 11:37
Baxış Sayı:87

Gənc nazirin Kürdəmirdən XƏBƏRİ VARMI? - İLGİNC FAKTLAR


Mədəniyyət Nazirliyində rəhbərlik və idarə rəisləri dəyişməsinə baxmayaraq, sabiq korrupsioner nazir Əbülfəz Qarayevin dövründə oldğu maliyyə mənimsəmələri davam etməkdədir…

Ötən həftə Kürdəmir Kürdəmir Regional Mədəniyyət idarəsində baş verən bəzi korrupsiya halları barədə oxucularımıza məlumat vermişdik. Həmin yazımızda qeyd etmişdik ki, Kürdəmir Regional Mədəniyyət idarəsində baş verən hadisələr bir daha onu göstərir ki, əslində Mədəniyyət Nazirliyinin regional idarələrində aparılan islahatlar sadəcə görüntü xarakterlidir. Çünki yenə də korrupsiya, maliyyə maxinasiyasaları və sair əməliyyatlar gizli şəkildə həyata keçirilir.

Məlumatda bildirilirdi ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin nəzdində olan İmişli, Beyləqan, Xocavənd və Füzuli rayon musiqi məktəblərinə nəzarət Kürdəmir Uşaq İncəsənət Musiqi Qəndab Zülfüqarovaya tapşırılıb. Qəndab Zülfüqarova isə regional idarənin rəis müavini Vaqif Alıyevin ən yaxın adamı kimi tanınır. Bildirlir ki, məhz Vaqif Alıyevin dəstəyi ilə Qəndab Zülfüqarova musiqi məktəblərində işləyən müəllimlərin dərs saatlarını artıraraq hər ay külli miqdarda vəsait mənimsəyir.

ictimailider.az-ın məlumatına görə, məsələ ilə bağlı 7NEWS.az-a verilən məlumatda qeyd edilir ki, hazırda Kürdəmir Regional Mədəniyyət idarəsinin musiqi məktəblərində dərs saatları artırılan müəllimlərdə məcburi şəkildə hər ay pul alınır. Bu miqdarı artırılmış əlavə dərs saatının 60 faizi qədərdi. Həmçinin rəhbərliyin şərti ilə razılaşmayanların dərs saatları artırılmır.

Digər məlumatda isə bildirilir ki, hazırda Kürdəmir Regional Mədəniyyət idarəsi rəhbərliyinin əsas yeyinti yerlərindən biri ayda bir neçə dəfə keçirilən müxtəlif tədbirlər silsiləsidir. Dövlət büdcəsindən və işçilərin əmək haqqısından həmkəralar təşkilatına tutulan vəsait hesabına keçirilən bu tədbirlər əslində görüntü xarakterlidir. Tədbirlərin keçirilməsi üçün işçilərə yazılan ezamiyələrə görə büdcədən ayrılan vəsaitlər rəhbərlik tərəfindən mənimsənilir.

Bundan başqa yenədə Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən mədəniyyət klublarında, kitabxanalarda, mərkəzlərdə və teatrlarda adı olub özü olmayan “ölü canlar” var. Yəni keçmişdə olduğu kimi yenə regional idarənin rəhbərliyi işçilərin adına yazılan əmək haqqları mənimsənilir.

Məlumatda qeyd edilir ki, Kürdəmir Regional Mədəniyyət idarəsinin rəisi Faiq Xudanlı Mədəniyyət Naziri Anar Kərimovun yerlisi olduğu üçün ona güvəndiyini və heç nədən çəkinmədiyini tez-tez ətrafına xatırladır. Hətta Faiq Xudanlı regional idarədə həyata keçirilən maliyyə əməliyyatlarından nazirin birinci müavini Elnur Əliyevin xəbərdar olduğunu deyir.

Görünən odur ki, Mədəniyyət Nazirliyində rəhbərlik və idarə rəisləri dəyişməsinə baxmayaraq, sabiq korrupsioner nazir Əbülfəz Qarayevin dövründə oldğu maliyyə mənimsəmələri davam etməkdədir.

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR