kanal1

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT

Tarix:19-05-2022, 19:22
Baxış Sayı:11

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT


Baş nazirin müşaviri, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun Londonda yaşayan qızı Günel Rüstəmovanın direktoru olduğu “Gyunel Limited” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb.

ictimailider.az-ın məlumatına görə, yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, Mərkəzi Bankın sabiq sədrinin qızına məxsus olan “Gyunel Limited” şirkətinin borcu son bir ildə bir qədər də artaraq 537 min funt-sterlinq artaraq 6,84 milyon funt-sterlinqə (14,4 milyon manat) yüksəlib.

Qeyd edək ki, “Gyunel Limited” şirkəti 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçib.
2007-2021-ci illərdə bu şirkətin digər bir rəhbəri Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadə olub. .
Onu da bildirək ki, Elman Rüstəmovun 1981-ci il təvəllüdlü qızı Günel Rüstəmova Əhməd Əhmədzadənin 1979-cu il təvəllüdlü oğlu Cümə Əhmədzadə ilə evlidilər.
Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan “Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib. Günel Rüstəmova hazırda Londonda modelyer kimi fəaliyyət göstərir.

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR