kanal1

Yoldaş Qaraşovu sakinlər maraqlandırmır... - "...hoppanaraq gedib-gəlirik"

Tarix:19-05-2022, 14:32
Baxış Sayı:155

Yoldaş Qaraşovu sakinlər maraqlandırmır... - "...hoppanaraq gedib-gəlirik"


Lənkəranın Göyşaban kənd sakinləri də yolsuzluqdan şikayətçidir. DİA.AZ xəbər verir ki, sakin Zülfiyyə Qasımovanın sözlərinə görə, bir neçə ailə 15 ildən çoxdur ki, Göyşaban kənd bələdiyyəsindən ərazidə torpaq alaraq ev tikib. Ancaq indi o evlərə yetişmək üçün yol yoxdur. Demələrinə görə, torpaq sahələri satılarkən ərazidə yol və digər problemlərin tezliklə həll olunacağı vəd edilib. İllər keçsə də, problemlər həllini tapmayıb:

“Onsuz da çətinlik çəkirdik, üstəlik, sakinlərdən biri istifadə etdiyimiz yeganə yolu beton plitələrlə bağlayıb. Evimizdən çıxıb beton plitələrin üstündən hoppanaraq gedib-gəlirik. Maşınla əraziyə yaxınlaşa bilmirik, maşınlarımız beton plitələrin o tayında qalıb”.

Yolu bağladığı bildirilən sakinsə Cavid Ağayevdir. Deyir, elə o da nə edibsə, yolsuzluq üzündən edib:

“Torpaq alıb ev tikmişik, yolumuz yoxdur, mən də məcbur oldum ki, evimizə gedib-gəlmək üçün kanalın üzərindən müvəqqəti kiçik yol salım. 100 maşınadək qum, çınqıl alıb tökmüşəm. Mal-qara keçəndə o korpü də dağılmasın deyə, beton plitələrdən möhkəmləndirmə işi görmüşəm. Bələdiyyə yol problemini həll etsin, biz də normal yoldan istifadə edək, o plitələri də söküb ataq”.

Sakinlər kənd bələdiyyəsindən yolun abadlaşdırılmasını istəyirlər və qeyd edirlər ki, məsələ ilə bağlı dəfələrlə yerli icra hakimiyyətinə müraciət etsələr də, onları eşidən olmayıb.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR