kanal1

Bakının gözəlliyinə kölgə salan Dalğa Hotel yoxsa əxlaqsızlıq yuvası?

Tarix:19-05-2022, 13:22
Baxış Sayı:92

Bakının gözəlliyinə kölgə salan Dalğa Hotel yoxsa əxlaqsızlıq yuvası?


"Azərbaycan Reallığı" xəbər verir ki, Azərbaycan günü-gündən inkişaf edir, türistlər ölkəmizə istirahət üçün sıx-sıx üz tuturlar. Xarici ölkə vətəndaşları ölkəmizə qonaq gələrkən neqativ halların şahidi olmamaları üçün, avropa ölkələrindən geri qalmamaqdan ötrü paytaxt Bakı şəhərinin abadlaşdırılması üçün milyonlarla vəsaitlər ayrılır. Amma Təəssüflər olsun ki, ölkə rəhbərliyinin gördüyü bu işlərə kölgə salan, natəmiz obyektlər və hotel adı ilə əxlaqsızlıq yuvaları işlədən sahibkarlar və onları öz vəzifələrindən su-istfadə edərək himayə edən məmurlarda var. Bunlardan biridə Babək prospektində, Keşlə Qəbirstanlığı yaxınlığında yerləşən Dalğa Hotelidir. Sözü gedən bu hotel haqqında google-də axtarış edilsə, kifayət qədər iyrənc yazılara rast gəlmək olar. Amma çox təəssüf edirik bu qədər araşdırma yazılarından sonra, bu hotelə qaşın üstə gözün var deyən yoxdur, ortaya isə bir sual çıxır yəqin ki, Həciləri güclüdür.
Bakının gözəlliyinə kölgə salan Dalğa Hotel yoxsa əxlaqsızlıq yuvası?

Sadiq adlı şəxsin işlətdiyi bu obyektin üzərinə hotel sözü yazılsada, içəri keçdikdən sonra hoteldən başqa istənilən xidmətlərə rast gəlmək olar, təxminən 25 otağı olan bu obyektin (Əgər obyekt demək olarsa) içərisinə daxil olduqda 20-30 yaş arası xanımlar insanı qarşılayır, istirahət edəcəksinizmi sual verirlər, "hə" cavabını aldıqdan sonra, otağın bir neçə saatına 20-25 manat arası məbləğ, kataloq kimi seçdiyin xanıma isə 30-50 manat arası məbləğ ödəməli olursan. Natəmiz şəraitdə olan bu otaqlarda COVİD-19 virusuna yoluxmaqla, bəlkə canını rahat qutarmış olarsan.
Bakının gözəlliyinə kölgə salan Dalğa Hotel yoxsa əxlaqsızlıq yuvası?

Şəhərin mərkəzi olan Xətai rayon ərazisində, Babək prospektində yerləşən bu mənzərəni şəhərimizə gələn xarici qonaqlar gördükdə, görəsən ökəmiz haqqında nə düşünərlər? Hər gün inkişaf edən Bakının mərkəzində bucür obyekt işlədənlər kimə və nəyə xidmət edirlər? Yəqin bu suallara hotel sahibi Sadiq və onun kimi digərləri bu yazıdan sonra hüquq-mühafizə orqanlarında daha yaxşı cavab verəcəklər.
Bakının gözəlliyinə kölgə salan Dalğa Hotel yoxsa əxlaqsızlıq yuvası?

Obyektin ərazisinə yaxın yaşayan sakinlərin "Azərbaycan Reallığı"na dediyinə görə, sözü gedən əxlaqsızlıq yuvası bir neçə dəfə bağlansa da, sonradan yenidən açılıb. Gecələr ərazidə səs-küydən, dava-dalaşdan qulaq tutulur. "Gecələr adıçəkilən fahişəxanada çalışan qızların sayı çox olur. Gündüz isə burada 2-3 qız çalışır” Club-dakı fahişəxananın fəaliyyətindən narazılıq edən şəxslər bildirdi.
Dalğa Hotel" əxlaqsızlıq yuvası - Bir neçə dəfə bağlansa da, yenidən açılıb » Qaynarxett.media
Bakının gözəlliyinə kölgə salan Dalğa Hotel yoxsa əxlaqsızlıq yuvası?

"Azərbaycan Reallığı" xatırladır ki, Mənbə bu obyektlərə himayədarlıq edən məmurlardan bir neçəsinin adını bizə bildirdi, həmin mövzuda araşdırmalarımız davam edir. Çox güman ki, bu yazıdan sonra sözü gedən əxlaqsızlıq yuvası haqqında lazımı ölçü götürüləcək, məsələ müsbət həllini tapacaq, hüquq-mühafizə orqanları münasibət bildirməklə yanaşı, sözügedən əxlaqsızlıq yuvası kimi işləyən obyektin fəaliyyəti barədə qanuni ölçü götürəcək.

Qarşı tərəfi də dinləməyə hazırıq

AZƏRBAYCANREALLIĞI.COM

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR