kanal1

Tovuz Rayon Mərkəzi Xəstəxanasında qadından doğuşa görə 600 manat TƏLƏB EDİLİB?

Tarix:18-05-2022, 19:09
Baxış Sayı:12

Tovuz Rayon Mərkəzi Xəstəxanasında qadından doğuşa görə 600 manat TƏLƏB EDİLİB?


Vətəndaş icbari tibbi sığortanın tətbiqilə bağlı şikayətçi olub. Tovuz rayon sakini Ədilov Saqif Hüseyn oğlu ondan icbari tibbi sığorta çərçivəsində ödəniş tələb olunduğunu iddia edib.

Saqif Ədilov tərəfindən Modern.az-a daxil olan şikayətdə deyilir:

“Həyat yoldaşım Quliyeva Gülnar İlqar qızını qeysəriyyə əməliyyatı üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişəm. Qeysəriyyə əməliyyatı icbari tibbi sığorta tərəfindən həyata keçirilməli, bizdən pul alınmamalı idi. Ancaq həkim məndən 600 manat pul istəyir, deyir ki, “pulumu ver, hara şikayət edirsənsə et”. Bu məsələyə aydınlıq gətirilməsini, araşdırılmasını istəyirəm”.

İddiaya aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxladıq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a açıqlamasında bildirib ki, qeyd edilən şikayət araşdırılıb:

“Tovuz rayon Qaraxanlı kənd sakini 1992-ci il təvəllüdlü Quliyeva Gülnar İlqar qızı 16 may 2022-ci il saat 12:52 radələrində Tovuz rayon Mərkəzi Xəstəxanasına müraciət edib. O, “38-39 həftəlik hamiləlik, baş gəlişi uşaqlıqda çapıq” diaqnozu ilə stasionar müalicəyə qəbul edilib. 16 may saat 13:50 radələrində icbari tibbi sığorta çərçivəsində qeysəriyyə üsulu ilə vətəndaşın övladı doğulub. Uşaq 3 500 qram çəkidə qız uşağıdır. Hazırda ana və yeni doğulmuş uşağın stasionar müalicəsi davam edir. Hər ikisinin vəziyyəti kafidir. Vətəndaşın tibbi xidmətin ödənişli əsaslarla göstərilməsi ilə bağlı iddiası həqiqəti əks etdirmir”.

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR