kanal1

“Allahşükür Paşazadəyə olar, başqalarına olmaz?” - QMİ-dən "ilahi" qərar

Tarix:10-05-2022, 18:32
Baxış Sayı:41

“Allahşükür Paşazadəyə olar, başqalarına olmaz?” - QMİ-dən "ilahi" qərar


Bu il Azərbaycandan Həcc ziyarətinə yaşı 65-dən yuxarı olan şəxslər gedə bilməyəcəklər.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev modern.az saytına açıqlaması zamanı bildirib. O əlavə edib ki, əvvəlki illərdən fərqli olaraq bu il xarici ölkə vətəndaşları Azərbaycandan Həcc ziyarətinə gedə bilməyəcək:

“Azərbaycan vətəndaşı olan istənilən şəxs ziyarətə gedə bilər. Ziyarət yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Başqa ölkə vətəndaşları bizdən gedə bilməyəcək. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi. Bu il belə olmayacaq. Eyni zamanda qeyd edim ki, 65 yaşa qədər olan vətəndaşlar ziyarətə gedə biləcəklər. Yaşı 65-dən yuxarı olanlara icazə verilməyəcək”.

ictimailider.az-ın məlumatına görə, ilahiyyatçı Elşad Miri məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu qərarın heç bir izahı yoxdur. “QMİ sədrinin görün, neçə yaşı var? O özü bu yaxınlarda Səudiyyə Ərəbistanına Ümrə ziyarətinə gedəcək. Ona olar, başqalarına olmaz?

Yəqin onlar fikirlərşirlər ki, 65 yaş təqaüd yaşıdır və onların günahlarını “yudurmağa ehtiyac yoxdur”. Onların yanaşmaları budur ki, yalnız işləyənlər ora gedib günahlarını yudurmalı və gəlib yenidən günahlar etməlidirlər. Bunun başqa heç bir anlamı yoxdur.

Bir də onu düşünə bilərlər ki, yaşlı insanlar səfər zamanı təşkilatçılara əziyyət verə bilər. Onlarla məşğul olmamaq üçün rahatçılıqla belə qərar verirlər”.

Sonda ilahiyyatçı onu da xatırladıb ki, Roma papası seçilmək üçün belə kardinalların minimum yaşı 80-ə kimi olmalıdır.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də Səudiyyə Ərəbistanına Ümrə ziyarətinə gedəcək.

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR