kanal1

Elman Rüstəmov getdi, bəs onun kadrları?.. - Camaat soruşur...

Tarix:10-05-2022, 12:14
Baxış Sayı:11

Elman Rüstəmov getdi, bəs onun kadrları?.. - Camaat soruşur...


Elman Rüstəmovun Milli Bankın idarə heyətinin sədri vəzifəsindən azad edilməsi barəsində yayımlanan məlumatlar icra başçısından narazı olan Cəbrayıl rayon sakinlərinin ümid yollarını işıqlandırmışdı.

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun himayədarı olduğunu deyən yerli sakinlər, Elman Rüstəmov barəsindəki məlum sərəncamdan dərhal sonra, böyük ümidlə ölkə başçısı tərəfindən Kamal Həsənovun da işinə xitam veriləcəyi barəsində də sərəncam imzalanacağını gözləyirdilər. Hətta, Böyük Mərcanlı kənd sakini Məmmədova Elmira Əliş qızı "DogruXeber.az" redaksiyasına göndərdiyi videomüraciətində də bu fikirləri açıq şəkildə ifadə edib.

Lakin, Cəbrayıl sakinləri adına təəssüflə qeyd etmək istəyirik ki, onların bu ümidləri (hələ ki) özünü doğrultmadı. Kamal Həsənov bu gün də Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısıdır və bu gün də ötən yayımlarımızda sakinlərin vurğuladığı problemlər Cəbrayıl qəsəbəsində yaşanmaqdadır.

Əlacsız qalaraq, mətbuat vasitəsilə ölkə başçısına üz tutub, İcra başçısından gileylənən sakinlərə rəğmən Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənov, eləcə də onun kimi fəaliyyət göstərən, bugünə qədər "gözün üstdə qaşın var" deyilməyən digər məmurlar görünür bütün bunlardan qətiyyən təsirlənmirlər. Odur ki, məhz bu səbəbdən də oturduqları kürsünü yalnız maraqlarının tələb etdiyi kimi idarə edirlər.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //DogruXeber.az//

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR