kanal1

44 günə Qarabağı azad edənlərin il yarımlıq VETERANLIQ ÇİLƏSİ... - AXI NİYƏ?!

Tarix:7-05-2022, 14:20
Baxış Sayı:50

44 günə Qarabağı azad edənlərin il yarımlıq VETERANLIQ ÇİLƏSİ... - AXI NİYƏ?!


Müharibə bitər-bitməz döyüşdə iştirak edən hərbçilərə medallar verildi. Medallar verilən zaman ədalətsizlik olduğunu dəfələrlə yazmışdıq. Müharibənin üzərindən il yarım keçəndən sonra veteranlıq statusu verilməyə başlandı. Təbii ki, bu məsələ də birmənalı qarşılanmadı. Çünki müharibəyə görə rayonların işğaldan azad edilməsi ilə bağlı medal almış bir çox şəxs veteran statusu ala bilmədi. Çünki həmin şəxslərin adları döyüş əmrinə salınmamışdı. O medallar hansı əsasla verilmişdi? Birbaşa döyüşdə iştirak edənlərin belə bir problemi olmasa da, xüsusilə Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarında veteranlıq məsələsi döyüş əmrinə adların salınıb-salınmamasına görə narazılıqla qarşılandı. Səfərbərlik xətti ilə döyüşlərə qatılanların böyük hissəsinin adları qeyd edilən qoşun növlərində döyüş əmrinə salınmayıb. Buna görə də eyni yerdə, eyni hərbi hissədə xidmət etmiş bir qrup veteranlıq ala bildi, bir qrup isə yox.

Ən ciddi problem isə həkimlərlə bağlıdır. Həkimlərin böyük hissəsinin veteranlıq məsələsi ciddi problem olaraq qalır. Çünki veteranlıq xidmətə görə yox, məhz saya görə verilib. Hərbi hissələr və korpuslar adların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) göndərildiyini bildirir. Ancaq ƏƏSMN sənədləri yenidən araşdırılması üçün Müdafiə Nazirliyinə təqdim edir. Səbəb? Məlum deyil. Müharibə vaxtı ciddi xidmətləri keçən həkimlər qurumların ötür-ötür oyunu arasında qalıb.

Problemi araşdıran zaman daha bir məsələ ortaya çıxdı. Xüsusi Təyinatlı Qüvvələrin 2 taboru veteranlıq statusu ala bilmir. XTQ mənsubları bu məsələ ilə bağlı şikayət etmir. Səbəbləri də var. Komandanları Hikmət Mirzəyevin adına söz gəlməsin, haqlarında “XTQ mənsubları 80 manatın davasını edir” kimi fikirlər səslənməsin. Yəni müharibədə can qoyanlar, torpaqların işğaldan azad edilməsində əvəzsiz xidməti olan qoşun növünün mənsubları abır-həyalarını qoruyurlar. Özlərindən daha çox adlarını və komandanlarının imicini düşünürlər. Bu, xüsusi təyinatlıların abır-həyaları. Aşağıda yazdıqlarım isə digər qurumların həyasızlığı…

Məsləni araşdıran zaman məlum olur ki, XTQ-nin iki taboru müxtəlif istiqamətlərdə digər bölmələrə kömək üçün göndərilib. Həmin iki tabor Murov, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa, Laçın dəhlizində döyüşüb.

Ezam olunmuş taborların siyahısı Müdafiə Nazirliyinə təqdim edilib, nazirlik isə, öz növbəsində, ƏƏSMN-ə göndərib. ƏƏSMN araşdırılması üçün siyahını yenidən Müdafiə Nazirliyinə təqdim edib. Çox maraqlıdır: Nə və niyə araşdırılır? Deyək ki, ƏƏSMN işi guya kitabına görə görür. Müdafiə Nazirliyinin ağzının, sözünün kəsəri hanı? Müdafiə Nazirliyinin Kadrlar idarəsi bilmir ki, həmin taborlar harada və necə döyüşüb?

Müdafiə Nazirliyində kabinet zabitlərinin bir çoxu veteranlıq ala bilib. Müharibənin bitməsinə az qalmış özlərinin, yaxınlarının adını döyüş bölgəsinə ezam kimi yazdıraraq bu igidliyi göstəriblər. Medal məsələsində də belə oldu. DTX-nin Müdafiə Nazirliyindəki yoxlamalarında saxlanılan şəxslərin adlarını internet üzərindən axtarışa verin, hamısının yaxası medalla doludur. Lakin 5 rayonda döyüşən iki medal ala bilmir. Kabinetdən çıxmayanlar, az qalsın, hər rayona görə adlarını siyahıya saldırıblar.

Müharibədə hər saniyən ölüm olsun, can qoy, vətən üçün, dövlət üçün qan tök, düşmən gülləsindən qorxma, qaçma, gəl “kabinet “canavarları”nın ötür-ötür oyunu arasında veteranlıq gözlə… Nə deyəsən?!

Səxavət Məmməd
www.yenicag.az

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR