kanal1

İsveçrə Fərhad Əhmədovun bank hesablarını DONDURUB - TƏFƏRRÜAT

Tarix:5-05-2022, 11:06
Baxış Sayı:13

İsveçrə Fərhad Əhmədovun bank hesablarını DONDURUB - TƏFƏRRÜAT


İsveçrə aprelin 8-də Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi beşinci sanksiyalar paketinə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərə başlayıb.

ictimailider.az Banker.az-a istinadən xəbər verir ki, ölkənin gördüyü tədbirlər nəqliyyat qadağaları istisna olmaqla Aİ-nin sanksiyalar paketinə uyğundur. Aprelin 27-si qüvvəyə minən sanksiyaların tam siyahısı “White & Case” beynəlxalq hüquq firmasının saytında dərc olunub. Sanksiyalar 200-ə yaxın rusiyalı şəxsin, o cümlədən azərbaycanlı əsilli rusiyalı milyarder Fərhad Əhmədovun və oliqarx Oleq Deripaskanın, həmçinin prezident Vladimir Putinin ailə üzvlərinin və İsveçrədəki bir çox rusiyalı məmurların bank hesablarını və digər aktivlərini dondurur.
İsveçrə də siyahıya 18 təşkilatı, o cümlədən dörd Rusiya bankını daxil edib. Bunlar “VTB”, “Sovkombank”, “Novikombank” və “Otkritie”, eləcə də müdafiə, elektronika, gəmiqayırma və nəqliyyat sənayesində fəaliyyət göstərən müxtəlif şirkətlərdir.

Xatırladaq ki, Fərhad Əhmədov Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi əvvəlki sanksiyalar paketindən çıxarılmışdı. Lakin 5-ci paketə onun da adı əlavə edilmişdi.

İsveçrə Rusiyada istehsal olunan kömür və digər bərk növ yanacaqların alınmasına, idxalına, tranzitinə və daşınmasına qadağa qoyub. Qadağa həmçinin müvafiq texniki, broker və digər xidmətlərə, eləcə də maliyyələşdirmə və müxtəlif növ maliyyə yardımlarına şamil edilir.

Rusiya sənayesinin inkişafı və ya Rusiyada istifadə üçün nəzərdə tutulmuş geniş çeşiddə malların, habelə əlaqəli xidmətlərin Rusiyaya satışı, tədarükü, ixracı, tranziti və daşınması da qadağandır. Bu qadağa 500-dən çox maddəyə şamil edilir.

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR