kanal1

Baytarı generala, "diplomatı" nazirə çevirən universitetlərimiz - Harvardın 386 ildir imza ata bilmədiyi uğur

Tarix:5-05-2022, 08:48
Baxış Sayı:18

Baytarı generala, "diplomatı" nazirə çevirən universitetlərimiz - Harvardın 386 ildir imza ata bilmədiyi uğur


Azərbaycanın ali məktəbləri öz uğurlu təhsil sisteminə görə dünyanın ən aparıcı universitetlərini belə geridə qoyur. Di gəl ki, beynəlxalq reytinq sıralamalarında heç bir universitetimizin adına rast gəlmək mümkün deyil. Görünür, bu da xristian təəssübkeşliyindən və ya YAP-çıların həmişə əllərində dəstəvuz etdikləri qısqanclıqdan irəli gəlir.

Niyə belə düşünürəm? Gəlin, sizi yaxın yoldan qaytarım. Baxın, hansı Avropa və ya ABŞ universiteti 40-50 yaşlı bir baytara ikinci ali təhsil verib onu hələ məzun olmamış generallıq rütbəsinə, tamamilə başqa sahədə nazir, nazir müavini vəzifəsinə yüksələ bilər?

Yəqin ki, belə uzağa sıçrayışlı tələbə yetişdirmək 130 ildən çox yaşı olan Stanford, yaxud 385 illik Harvard kimi universitetlərin mövcudluq tarixində görmədiyi uğurdur. Azərbaycanda isə bu uğura imza atan kifayət qədər universitetlər var. Məsələn, hazırda binasından başqa heç nəyi qalmayan Təfəkkür universitetini götürək. Bu ali məktəb Kəmaləddin Heydərovun baytar dostu Nazim Xeyrulla oğlu Məmmədovu 48 yaşında hüquq fakültəsinə qəbul edib və o, bu universiteti bitirən kimi generallıq rütbəsi alıb FHN rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Naxçıvan Dövlət Universiteti də bu uğurunda Təfəkkür universitetindən geri qalmır. NDU-da ikinci təhsilini alan Rəşad İsmayılov bu il MR-nın Daxili İşlər naziri vəzifəsinə gətirilib. Rəşad İsmayılov ikinci təhsilindən əvvəl hazırda adını dəyişdirib Avrasiya Universiteti kimi fəaliyyət göstərən Bakı Ali Diplomatiya kollecini bitirib. //ovqat.com//

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR