Azərbaycan Respublikası - millətinin fədaisi olan, onun tərəqqisi, firavanlığı naminə qeyrət göstərən soydaşlarımızdan xali deyil. Hələ ötən əsrdən iki örnək yada salaq: Hacı Zeynalabdin Tağıyevin, Murtuza Muxtarovun xeyirxahlığı bu gün də dillər əzbəridir. Birini də xatırlatmaq yerinə düşər: XX əsrin əvvəllərində həkim işləmiş, sonra Gəncənin qubernatoru olmuş Xudadat bəy Ələkbər oğlu Rəfibəyov xəstəxanadakı işlərindən sonra evlərə, kasıb xəstələrə baş çəkərkən yazdığı reseptin altına pul da qoyarmış... Mən hər zaman ruhən, mənən çox güclü olan belə insanlara rəhmət oxuyuram, amma çox təəssüf hissi ilə qeyd edirəm ki, bu gün hələ də insanların, cəmiyyətin, dünyanın, bəşəriyyətin mərhəmət və şəfqətə ehtiyacı var. Dünyamıza hər cür siyasi oyunlardan, hakimiyyət davasından, torpaq, ərazi iddialarından, ayrı-ayrı ölkələrə demokratiya dərsi keçməkdən çox mərhəmət lazımdır, özü də hava, su kimi...
Nə yaxşı ki, hələ də narahat dünyamızda belə insanlar azda olsa var! Yer üzü onların çiyinlərində saxlayır müvazinətini! Tanrı həmin insanların üzünə bağışlayır çox şeyi. Sağlığında bu mərtəbəyə qalxanlar, qəlblərdə silinməz izlər buraxanlar isə ikiqat qəhrəmanlardır. Və qəhrəmanlıq təkcə meydanlarda qılınc çalmaqda, döyüşməkdə,dünyanı fəth etməkdə deyil! Qəhrəmanlıq böyük ürəyi ilə insanların qəlbini fəth etməkdir. Qəhrəmanlıq insanların beyninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək onların qəlbində əbədiyyətə çevrilməkdədir. Bəli, budur əsil qəhrəmanlıq! İndiki ağır şəraitdə, çətin vəziyyətdə kiməsə əl tutmaq, maddi və mənəvi cəhətdən kömək etmək, hər kəsin dərdini özününküləşdirmək hər kişinin işi deyil. Xeyirxahlıq dədə-babalardan qalma bir ənənədir. Bu gün bu ənənəni davam etdirən hər bir kəs özləri üçün Tanrı dərgahında böyük səltənət qazanırlar. Dəyərli oxucular!
İndi sizə sevə-sevə öz xeyirxah əməlləri ilə ehtiyacı olan insanların qəlbində əbədi məskən salan Məhırrəm Novruzov
haqqında bəhs edəcəyəm.Bəli, bu dəyərli insan zəmanəmizin əsil qəhrəmanlarındandır. Hər kəs onu xeyirxah bir insan kimi tanıyır. O, dəfələrlə ehtiyacı olanlara əl tutub, imkansız ailələrin övladlarının oxumasına köməklik göstərib. Daha dəqiq desək, Məhərrəm Novruzov vətəninin övladları üçün çox işlər görüb. Şabranda İdman Akademiyasının filialı, idmançılar üçün otel, biri 5000, o biriləri 3000, 15000 nəfərlik olan 3 idman meydançası tikdirərək vətəndaşlara hədiyyə edib. Habelə, park saldırıb, məktəb tikdirib. Belə, saysız-hesabsız xeyriyyə işləri görən bir insan əlbəttə ki,xalqın sevgisinə layiqdir.
Hacı Məhərrəm Novruzov "Əlincə" idman klubunun, "Əlincə" futbol komandasının, 2014-cü ilin oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının, açılışını həyata keçirdiyi 15000 yerlik "Əlincə Arena" stadionunun və təsislərinin, Şabran rayonunda "Əlincə" futbol klubunun təlim məşq zonasının yaradılmasına sərmayə qoyaraq, Azərbaycanda idman hərəkatının inkişafına töhfə verib. İş adamı bütün bunları öz hesabına, heç bir qarşılığı olmadan, sırf Azərbaycan idmanının inkişafı naminə gənclərimizin xoşbəxt gələcəyini düşünərək edib
O, bu kimi yüzlərlə xeyriyyə əməllərini hazırda da davam etdirir. Haqqında söhbət açdığımız xeyirxah insan "Bağzalı Evlər MTK" şirkətinin rəhbəridir. "Bağzalı evlər MTK" 2006-cı ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayə yatırır. Şirkət tərəfindən ərsəyə gətirilən "Qurtuluş-93" Yaşayış Kompleksi Abşeron rayonu, Masazır qəsəbəsi, Novxanı şossesinin qərbində, İstiqlaliyyət küçəsində yerləşir. Bununla yanaşı "Şən yuva" Uşaq Əyləncə Mərkəzi, "Qurtuluş 93" parkı,“Qurtuluş 93”hazırlıq kursları, “Masazır Qastrontoloji ”Klinika, “Yeni Saray”şadlıq sarayı, “New Cıty” hotel, supermarketlər, ailəvi restoranlar, türk hamamı, idman zalları, üzgüçülük hovuzu, oxu zalı, ailəvi istirahət guşəsi, ərzaq və müxtəlif növ mağazalar sakinlərin ixtiyarına verilib. “Bağçalı Evlər MTK”tərəfindən tikilən 2000- yerlik Tam Orta Məktəb və 2017-ci ilin sentyabr ayından istifadəyə verilib.
Hacı Məhərrəm Novruzov həm də “My BEACH” hotel və restoran kompleksinin təsisçisidir.
Hacı Məhərrəm Novruzov tərəfindən təsis edilərək şəhərimizin sakinlərinin xidmətinə verilən “My BEACH” hotel və restoran kompleksi Xəzərin sahilində klassik və modern üslubda dizayn olunmuş incəsənət nümunəsidir.
Amma onun üçün ən böyük vəzifə insanların rahat, firavan yaşayışı, əmin-amanlığıdır. Onun üçün insan amili hər şeydən öndədir. O, təkcə rəhbər deyil, eyni zamanda rəhbərlik etdiyi kollektivin mənəvi atasıdır. O, Böyük Allahın yaratdıqlarına hörmətlə yanaşır. Bu cür görən, bu cür düşünən insandan isə pislik gözlənilməz...
Hacı Məhərrəm Novruzov sözün əsil mənasında əsil Allah adamı, İman əhlidir.
Həqiqətən insanlığın ali zirvəsinə ucalmaq hər kəsə nəsib olmur.Atalar demiş, xoşbəxt o insandır ki, Allah dünyasından yox, axirətindən pay ayırır.
Hacı Məhərrəm Novruzov bu cür gözəl,insani xüsusiyyətlərə malik bir insandır, desəm, yanılmaram.
Bəli, həqiqətən də xeyirxah, alicənab, əsil vətənpərvər insandır Hacı Məhərrəm müəllim. O, insanlara həm mənəvi, həm də
maddi dayaqdır. Onun saysız –hesabsız xeyirxahlıqları insanlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Həyatda da məhz belə insanlar sevilir, ucalır. Insanlara dayaq olmaq Tanrı buyruğudur. Hacı Məhərrəm Novruzov Tanrı səltənətinə ucalmış bir insan olmaqla, həm də, doğulub, boya -başa çatdığı el-oba üçün əziz,doğma və dəyərlidir.
Öz xalqı üçün dəyərli olan bu gözəl xarakterli insanı tanıyanlar onun haqqında deyirlər: ağıllıdır, təvazökardır, sadə və təmkinlidir, iman əhlidir, sözü ilə əməli bir olan insandır. Eyni zamanda sözün əsil mənasında xeyirxahdır. Hacı adını titul olaraq daşıyanlara əsil hacı adı ilə örnək olan bir şəxsiyyətdir.Bütün əlamətdar günlərdə,müqəddəs aylarda,bayramlarda ehtiyacı olan insanlara, hərbi xidmətdə olan əsgərlərimizə,şəhid ailələrinə,qazilərimizə, rəhbərlik etdiyi işçi kollektivinə bacardığı köməyi edir, onlardan heç bir dəstəyini əsirgəmir.
Mən son olaraq şakəri xeyirxah əməllər olan dəyərli insan Hacı Məhərrəm Novruzovu 11 ayın Sultanı olan Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, kainatın yaradıcısı və aləmlərin Rəbbi, bağışlayan və Rəhimli Uca Allah qıldığınız Namazı, tutduğunuz Orucu, etdiyiniz arzu və dualarınızı öz dərgahında qəbul etsin,deyirəm.Bu müqəddəs Ramazanda sizə,ailənizə,sevdiklərinizə sevgi,sağlıq və ruzi dolu bir uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında fəaliyyətində bol-bol uğurlar, xoş günlər arzu edirəm.
Sevgi,bolluq və bərəkətlə dolu olan Ramazan bayramınız mübarək!
Süfrəniz Ramazan bərəkəti ilə,qəlbiniz isə hər zaman olduğu kimi İlahi sevgi ilə dolu olsun.Ayların ən gözəl ayı olan Şehri Ramazan sizə,ailənizə,sevdiklərinizə və sizi sevən hər kəsə düşərli olsun. Bu Müqəddəs ayın bərəkəti süfrənizə,səbri ruhunuza dolsun.

